Oftalmoloq hipertoniyanı kardioloqdan əvvəl aşkar edə bilər - Gözlərdə insult riskinə işarə edən əlamətlər
28.08.2026 11:10

Oftalmoloq arterial hipertoniyanı kardioloqa müraciətdən əvvəl müəyyən edə bilər.

Aztibb.az "Life" portalına istinadən yazır ki, ürək-damar sisteminin və gözlərin sağlamlığının bir-birindən uzaq mövzular olduğu yalnız ilk baxışdan belə görünür. Əslində arterial təzyiqin yüksəlməsi zamanı kardioloq və oftalmoloq bir çox hallarda birgə fəaliyyət göstərirlər. Bu barədə Rusiya Milli Cərrahiyyə Tədqiqat Mərkəzinin №1 Konsultativ-Diaqnostika şöbəsinin oftalmoloqu B. Anastasiya bildirib.

Mütəxəssisin sözlərinə görə, hipertoniya xəstəliyi kifayət qədər tez-tez simptomsuz inkişaf edir. Lakin xəstəliyin bu “səssiz” mərhələsində belə orqanizmə zərər vura bilər. İnsan hələ kardioloqa müraciət etməyib, arterial təzyiqinin normadan yüksək olduğunu bilmir, lakin oftalmoloqun müayinəsi zamanı artıq təhlükəli əlamətlər aşkar oluna bilər.

Həkimin sözlərinə görə, göz dibinin müayinəsi arterial hipertoniyanın müəyyənləşdirilməsində vacib və informativ üsullardan biridir. Həkimlər göz dibini müayinə edərək damarların vəziyyətinə əsasən arterial təzyiqlə bağlı problemlər haqqında nəticə çıxara bilirlər.

“Oftalmoloji müayinə zamanı göz dibinin hipertonik angiopatiyası, hipertonik retinopatiya, hipertonik angioskleroz və hipertonik neyroretinopatiya kimi ciddi patologiyalar tez-tez aşkar edilir. Bunların hamısı insanın nəzarətdə saxlamadığı və həkim müşahidəsi altında müalicə etmədiyi yüksək arterial təzyiqin təsiri nəticəsində yaranır.

Biz torlu qişanın damarlarının zədələnmə dərəcəsini qiymətləndirir, zərurət yarandıqda pasiyenti əlavə müayinələrə, o cümlədən kardioloqa yönləndiririk”, – deyə mütəxəssis bildirib.

Qeyd edib ki, arterial təzyiqin yüksəlməsi zamanı pasiyentlərdə göz önündə “uçuşan nöqtələrin” və ya ləkələrin görünməsi, görmənin qarşısında “duman” yaranması, görmə qabiliyyətinin zəifləməsi və bulanıq görmə, gözlərin tez yorulması və qızarması kimi şikayətlər də meydana çıxa bilər.

Həkim bu əlamətləri diqqətdən kənarda qoymamağı və vaxtında oftalmoloqa müraciət etməyi tövsiyə edir. Onun sözlərinə görə, xəstəliyin vaxtında aşkarlanması və adekvat kompleks müalicənin aparılması görmə qabiliyyətini uzun illər qorumağa imkan verə bilər.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Ağcabədidə arı sancması nəticəsində anafilaktik şok keçirən pasiyent sağlamlığına qovuşub
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Respublika Klinik Xəstəxanasında qida borusu törəməsi ilə bağlı uğurlu əməliyyat    
“Qızıl yaşlar” təşəbbüsündə fəallıq göstərən könüllülər təltif olunub
Sinir sistemi sağlamlığı həyat keyfiyyətininin vacib bir hissəsidir
Tədris Cərrahiyyə Klinikasında xəstəyə uğurla laparoskopik xolesistektomiya əməliyyatı icra olunub
Qaraciyərin 5–6-cı seqmentlərini əhatə edən 15 sm diametrli iri kistanı laparoskopik üsulla aradan qaldırıb
 Təcili tibbi yardım briqadasının üzvləri təltif olunublar   
 Ürəyi iki dəfə dayanan şəxsin həyatı xilas edilib   
 “Həkimlərimizi tanıyaq!” rubrikası regionlarda çalışan tibb işçilərini tanıtmaqda davam edir!
 Ağdaşın Ağzıbir və Qaradağlı kəndlərində aksiya: Vətəndaşlara 105 tibbi xidmət göstərilib   
Şəmkir Rayon Mərkəzi Xəstəxanasında 90 yaşlı pasiyent uğurla əməliyyat olunub
 ATU-da orqan donorluğu və transplantasiyanın aktual məsələləri müzakirə olunub   
 AQTİ video-redaktor vəzifəsinə işçi axtarır