İnfeksionist İlahə Əsədova: "Müasir antiviral müalicə ilə hepatit C-nin tam sağalması mümkündür"
27.08.2026 11:47

Hepatit C qaraciyəri zədələyən virus infeksiyasıdır. Əsasən yoluxmuş qan vasitəsilə ötürülür. Buna görə steril olmayan tibbi və kosmetoloji alətlər, eləcə də digər qanla təmas halları risk yarada bilər. Bəzən xəstəlik uzun müddət heç bir əlamət vermədən davam edə bilər. Bu səbəbdən insan özünü sağlam hiss etsə belə, infeksiyanın olub-olmadığını yalnız müvafiq müayinələrlə müəyyən etmək mümkündür.

 

Bu barədə Aztibb.az-a Xəzər Tibb Mərkəzinin həkim-infeksionisti İlahə Əsədova məlumat verib.

 

İlahə Əsədova qeyd edib ki, müasir antiviral müalicə ilə hepatit C-nin tam sağalması mümkündür. Müalicə həkim tərəfindən aparılan müayinələrin nəticələrinə əsasən müəyyən edilir.

 

Mütəxəssisin sözlərinə görə, hepatit C adi məişət təması, qucaqlaşma, əl sıxma və eyni süfrədə yemək vasitəsilə ötürülmür. Əsas risk yoluxmuş qanla təmas zamanı yaranır. Steril tibbi və kosmetoloji alətlərdən istifadə etmək, qanla təmasdan qorunmaq və riskli hallarda vaxtında müayinədən keçmək yoluxma riskini azaltmağa kömək edir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır