Şamaxı RMX-da təlim: “Vərəmin erkən aşkarlanmasında ilkin səhiyyə xidmətlərinin rolu” 
25.08.2026 15:34

Şamaxı Rayon Mərkəzi Xəstəxanasında “Vərəmin erkən aşkarlanmasında ilkin səhiyyə xidmətlərinin rolu” mövzusunda təlim keçirilib.

 

Bu barədə Aztibb.az-a Şamaxı RMX-dan məlumat verilib.

 

Bildirilib ki, təlim zamanı vərəmin erkən mərhələdə aşkarlanmasının əhəmiyyəti, xəstəliyin əsas əlamətləri, risk qruplarının müəyyənləşdirilməsi və ilkin səhiyyə xidmətləri səviyyəsində vərəmdən şübhələnilən şəxslərə yanaşma barədə ətraflı məlumat verilib.

 

Təlimdə Ağciyər Xəstəlikləri Mərkəzi İsmayıllı Regional Xəstəxanasının baş həkimi Anar Məmmədov çıxış edərək vərəmin vaxtında aşkarlanması və müalicəyə cəlb olunmasının xəstəliyin yayılmasının qarşısının alınmasında mühüm rol oynadığını vurğulayıb. Həmçinin ilkin səhiyyə xidmətlərinin vərəmlə mübarizədə əhəmiyyəti, xəstələrin düzgün istiqamətləndirilməsi və profilaktik tədbirlər barədə geniş məlumat təqdim edib.

 

Təlim səhiyyə əməkdaşlarının vərəmin erkən aşkarlanması və xəstəliyə qarşı mübarizə istiqamətində bilik və bacarıqlarının artırılması baxımından faydalı olub.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır