Radiasiya ilə əlaqəli xərçəng riski ən yüksək olan peşələr müəyyənləşdirilib - 12 milyondan çox insanın məlumatları təhlil olunub
26.08.2026 13:56

ABŞ-da 12 milyondan çox insanın məlumatları əsasında aparılan araşdırma pilotlar və kabin heyəti üzvlərində radiasiya ilə əlaqəli xərçənglərdən ölüm riskinin digər peşə qrupları ilə müqayisədə daha yüksək olduğunu göstərib.

Aztibb.az CNN Türk-ə istinadən yazır ki, araşdırmada 500-dən çox peşə qrupu üzrə radiasiya ilə əlaqəli xərçənglərdən ölüm halları müqayisə edilib. 

Alimlər əsasən leykemiya, limfoma və çoxsaylı mieloma ilə yanaşı, dəri, süd vəzi, qalxanabənzər vəz, prostat və mərkəzi sinir sistemi xərçəngləri də daxil olmaqla radiasiya ilə əlaqəli hesab edilən xəstəliklərdən ölüm göstəricilərini araşdırıblar.

Ən yüksək risk kabin heyəti üzvlərindədir

Nəticələrə görə, radiasiya ilə əlaqəli xərçənglərdən ölüm göstəricisi ən yüksək olan peşə qrupu kabin heyəti üzvləri olub. Pilotlar isə ikinci sırada qərarlaşıb.

Araşdırmaya əsasən, kabin heyəti üzvlərinin bu xərçənglərdən ölüm ehtimalı digər peşə qruplarının nümayəndələri ilə müqayisədə 50 faiz daha yüksəkdir. Pilotlarda isə riskin digər peşələrlə müqayisədə 36 faiz artdığı müəyyənləşdirilib.

Tədqiqatçılar pilot və kabin heyəti üzvlərində radiasiya ilə əlaqələndirilən müxtəlif xərçəng növlərindən ölüm riskinin nəzərəçarpacaq dərəcədə yüksək olduğunu bildiriblər.

Mütəxəssislər bu nəticələrin aviasiya sahəsində çalışanların peşə fəaliyyətləri zamanı məruz qala biləcəyi radiasiya faktorlarının sağlamlıq baxımından daha ətraflı araşdırılmasının vacibliyini göstərdiyini qeyd edirlər.

Araşdırmanın nəticələri nüfuzlu tibbi jurnal JAMA-da dərc olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır