Qubada “Vərəmin aşkarlanmasında ilkin səhiyyə xidmətinin rolu” mövzusunda təlim keçirilib
23.08.2026 07:10

Quba Regional Ağciyər Xəstəlikləri Xəstəxanasında Ağciyər Xəstəlikləri Mərkəzinin təşkilatçılığı ilə “Vərəmin aşkarlanmasında ilkin səhiyyə xidmətinin rolu” mövzusunda təlim təşkil olunub.

 

Quba Rayon Mərkəzi Xəstəxanasından Aztibb.az-a verilən xəbərə görə, tədbirdə Quba Regional Xəstəxanası və Quba RMX-nın rəhbər heyəti, həmçinin ailə sağlamlıq mərkəzləri, həkim və tibb məntəqələrinin terapevt və pediatrları iştirak ediblər.

 

Müzakirələrdə vərəmin erkən diaqnostikasının vacibliyi, risk qruplarının vaxtında müayinəyə cəlb edilməsi, şübhəli halların düzgün qiymətləndirilməsi, pasiyentlərin ixtisaslaşmış müəssisələrə yönləndirilməsi, müalicəyə sadiqliyin artırılması, dərman təminatının effektiv təşkili və VOT (videonəzarətli müalicə) sisteminin tətbiqi ilə bağlı məsələlər diqqət mərkəzində olub.

 

Eyni zamanda, ilkin səhiyyə xidməti ilə vərəm əleyhinə xidmətlər arasında koordinasiyanın gücləndirilməsinin xəstəliyin yayılmasının qarşısının alınmasında və müalicə nəticələrinin yaxşılaşdırılmasında mühüm rol oynadığı vurğulanıb.

 

Təlim interaktiv təqdimatlar, sual-cavab sessiyası və qarşılıqlı fikir mübadiləsi ilə davam edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır