Samuxda qarayara təhlükəsi nəzarət altındadır – Yeni yoluxma qeydə alınmayıb
22.08.2026 11:22

Səhiyyə Nazirliyi Samux rayonunun Alıuşağı kəndində qeydə alınmış qarayara hadisəsi ilə bağlı son vəziyyəti açıqlayıb. Qurumun məlumatına görə, ərazidə həyata keçirilən operativ profilaktik və əks-epidemik tədbirlər nəticəsində vəziyyət tam sabitləşib, avqustun 15-dən etibarən isə yeni yoluxma faktı aşkarlanmayıb.

Aztibb.az Nazirliyin məlumatına istinadən yazır ki, hadisə qeydə alındıqdan dərhal sonra aidiyyəti qurumlar tərəfindən zəruri epidemioloji və profilaktik tədbirlərə başlanılıb. Aparılan araşdırmalar zamanı xəstələrlə təmasda olmuş bütün şəxslər müəyyənləşdirilərək tibbi müşahidəyə götürülüb və laborator müayinələr aparılıb. Eyni zamanda hadisənin baş verdiyi təsərrüfatda epizootoloji araşdırmalar həyata keçirilib, laborator analizlər üçün müvafiq nümunələr toplanıb.

Hazırda infeksiya aşkarlanmış şəxslər tibb müəssisəsində müalicələrini davam etdirirlər. Təmasda olan şəxslər arasında yeni yoluxma halı müəyyən edilməyib və onların üzərində zəruri tibbi nəzarət təmin olunub. Aidiyyəti qurumlarla birgə görülən operativ tədbirlər sayəsində xəstəliyin əhali arasında yayılma riski tam aradan qaldırılıb.

Nazirlik ərazidəki epidemioloji vəziyyətə nəzarəti davam etdirir.

Xatırladaq ki, qarayara əsasən xəstə və ya tələf olmuş heyvanlarla, eləcə də onların yoluxmuş toxuma və məhsulları ilə birbaşa təmas nəticəsində insana keçən zoonoz infeksiyadır. Xəstəliyin insandan-insana ötürülməsi olduqca nadir hallarda baş verir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır