Mərkəzi Gömrük Hospitalında tibb bacıları üçün ürək-ağciyər reanimasiyası üzrə təlimlər təşkil olunur
20.08.2026 20:12

Mərkəzi Gömrük Hospitalında tibb bacılarının təcili tibbi yardım və reanimasiya üzrə bilik və bacarıqlarının artırılması məqsədilə ürək-ağciyər reanimasiyası (CPR) üzrə təlimlər mütəmadi olaraq həyata keçirilir.

 

Hospitaldan Aztibb.az-a verilən məlumata görə, bu dəfəki təlimdə Mərkəzi Gömrük Hospitalının baş tibb bacısı Gülyaz Fərəcova və böyük tibb bacısı Ətayə Vəliyeva tibb bacılarına ürək dayanması zamanı göstərilməli olan ilkin yardım, ürək-ağciyər reanimasiyasının əsas qaydalarını və düzgün müdaxilə üsullarını izah ediblər.

Təlimin praktiki hissəsində isə tibb bacıları öyrəndikləri reanimasiya tədbirlərini CPR təlim manekenlərinin üzərində tətbiq edərək real vəziyyətə mümkün qədər yaxın şəraitdə məşq ediblər. Praktiki məşğələlər zamanı tibb bacılarının düzgün müdaxilə ardıcıllığı, çevik qərarvermə və CPR texnikası üzrə praktiki bacarıqları möhkəmləndirilib.

Qeyd edək ki, mütəmadi olaraq keçirilən təlim proqramı Mərkəzi Gömrük Hospitalının bütün tibb bacılarını əhatə edəcək. Unutmayaq: CPR zamanı hər saniyə önəmlidir. Vaxtında və düzgün müdaxilə bir insanın həyatını xilas edə bilər!

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır