Mama-ginekoloq və endokrinoloq Rina Mitrelisin endometriozun yalnız yumurtalıq və uşaqlıq borularını deyil, ağciyərləri, bağırsaqları, sidik kisəsini və hətta göz toxumalarını da zədələyə biləcəyini bildirib.
Aztibb.az "Life" portalına istinadən yazır ki, mütəxəssisin sözlərinə görə, xəstəlik zamanı normalda uşaqlığın daxili qatında yerləşən endometrium hüceyrələri bu nahiyədən kənara çıxaraq digər toxuma və orqanlarda ocaqlar əmələ gətirir.
Alimlər endometriozun yaranmasının dəqiq səbəbini hələ müəyyənləşdirə bilməyiblər. Mütəxəssis mümkün risk amilləri arasında hormonal pozğunluqları, irsiyyəti, immun sisteminin fəaliyyətindəki dəyişiklikləri və keçirilmiş cərrahi əməliyyatları qeyd edib. Bununla belə, bu amillərdən hər hansı birinin mövcudluğu xəstəliyin mütləq inkişaf edəcəyi anlamına gəlmir.

