Səhiyyə Nazirliyində fövqəladə hallarla bağlı maarifləndirici tədbir keçirilib
20.08.2026 12:21

Naxçıvan Muxtar Respublikası Səhiyyə və Fövqəladə Hallar nazirliklərinin birgə təşkilatçılığı ilə əhalinin fövqəladə hallardan qorunması və bu sahədə maarifləndirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində maarifləndirici tədbir keçirilib.

 

Bu barədə Aztibb.az-a Naxçıvan MR Səhiyyə Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, tədbirdə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması idarəsinin əməkdaşları tərəfindən iştirakçılara təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış qaydaları barədə zəruri məlumatlar çatdırılıb.

 

Tədbirdə fövqəladə halların təsnifatı, muxtar respublika ərazisi üçün xarakterik olan fövqəladə hallar, fövqəladə hallar zamanı davranış qaydaları, yanğın təhlükəsizliyi tələbləri, dəm qazı təhlükəsindən qorunma yolları, yay mövsümündə dənli və texniki bitki sahələrində, habelə meşə ərazilərində yanğın təhlükəsizliyinin təmin edilməsi, həmçinin Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinin və Dövlət Yanğından Mühafizə hissələrinin 101 xidmət nömrəsinin təyinatı barədə ətraflı məlumat verilib.

 

İnteraktiv formada keçirilən tədbir zamanı iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Tədbir çərçivəsində videoçarxlar nümayiş etdirilib, slayd təqdimatları göstərilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır