Sumqayıt Tibb Mərkəzində vərəmin erkən aşkarlanmasına dair təlim keçirilib
19.08.2026 10:51

Sumqayıt Tibb Mərkəzində “Vərəmin aşkarlanmasında ilkin səhiyyə xidmətinin rolu” mövzusunda təlim keçirilib.

 

STM-dən Aztibb.az-a bildirilib ki, təlimdə Mərkəzin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrinin pediatr və terapevtləri iştirak ediblər.

 

Tədbiri giriş nitqi ilə açan Sumqayıt Tibb Mərkəzinin direktor müavini, İlkin səhiyyə xidmətinin rəhbəri Namirə Abbasova vərəmin erkən aşkarlanmasında ilkin səhiyyə müəssisələrinin mühüm rolundan danışıb. O, risk qrupuna daxil olan şəxslərin vaxtında müəyyənləşdirilməsinin, şübhəli halların düzgün istiqamətləndirilməsinin və tibb müəssisələri arasında koordinasiyalı fəaliyyətin vacibliyini vurğulayıb.

 

Təlim Abşeron Regional Xəstəxanasının İdarəetmə aparatının baş həkimi Aygün Xəlilova və xəstəxananın Ambulator şöbəsinin müdiri Səadət Hüseynova tərəfindən aparılıb. Təlimçilər vərəmin erkən aşkarlanmasının xəstəliyin yayılmasının qarşısının alınmasında və müalicənin effektivliyinin artırılmasında mühüm rol oynadığını bildiriblər. Onlar risk qrupuna daxil olan şəxslərin vaxtında müayinəyə cəlb edilməsi, vərəmə şübhəli halların düzgün qiymətləndirilməsi və ixtisaslaşdırılmış tibb müəssisələrinə operativ yönləndirilməsi barədə iştirakçılara ətraflı məlumat veriblər. Həmçinin ilkin səhiyyə xidməti ilə vərəm əleyhinə xidmət arasında əlaqələndirilmiş fəaliyyətin əhəmiyyəti vurğulanıb.

 

Təlim zamanı Azərbaycanda vərəmlə mübarizə xidmətinin inkişaf mərhələləri, mövcud epidemioloji vəziyyət, Ağciyər Xəstəlikləri Mərkəzinin strukturu və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.

 

İştirakçılara vərəmin aktiv və passiv aşkarlanması, risk qruplarının skrininqi, latent vərəm infeksiyası, tuberkulin diaqnostikası, Mantu sınağı, Diaskintest və gamma-interferon testlərinin tətbiqi ilə bağlı məlumatlar təqdim olunub.

 

Həmçinin vərəm xəstələrinin müalicəsinin təşkili, müalicəyə davamlılığın artırılması, dərmanların pasiyentlərin ünvanına çatdırılmasını nəzərdə tutan VOT xidmətinin əhəmiyyəti və müalicə nəticələrinin qiymətləndirilməsi məsələlərinə toxunulub.

 

Videotəqdimatlarla müşayiət olunan təlim iştirakçıların suallarının cavablandırılması, qarşılıqlı müzakirə və yekun tövsiyələrin səsləndirilməsi ilə başa çatıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır