İdmanın uşaqların psixi sağlamlığa faydası araşdırılıb
18.08.2026 17:22

Avstraliyanın Kvinslend Universitetinin alimləri müəyyən ediblər ki, erkən yaşlardan müntəzəm idmanla məşğul olan uşaqlar uzunmüddətli perspektivdə daha yaxşı psixi sağlamlığa malik olurlar.

Aztibb.az xəbər verir ki, araşdırmada 4200-dən çox avstraliyalı uşağın 8 il ərzində toplanmış məlumatları təhlil edilib. Nəticələrə görə, futbol, karate, tennis və gimnastika kimi həm komanda, həm də fərdi idman növləri uşaqların psixi sağlamlığına müsbət təsir göstərir.

Komanda idmanları ilə məşğul olan uşaqlarda faydanın daha yüksək olduğu müəyyən edilib. Alimlər bunu sosial münasibətlər, həmyaşıd dəstəyi, dostluq imkanları və ümumi məqsədə birlikdə nail olmaqla əlaqələndirirlər.

Tədqiqat həm oğlanlar, həm də qızlar üçün müsbət nəticələr göstərib. Bununla belə, komanda idmanlarının faydası oğlanlarda daha nəzərəçarpan olub. Alimlər qızların komanda idmanlarına daha az cəlb olunmasının səbəbləri arasında özünəinamın aşağı olması, stereotiplər və idman imkanlarının məhdudluğunu göstərirlər.

Tədqiqat müəllifləri nəticələrin uşaqların idmana cəlb olunmasını təşviq edən strategiyaların hazırlanmasına töhfə verəcəyini bildirirlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır