Ölkə başçısının Sərəncamı ilə təltif olunan AQTA əməkdaşlarına mükafatları təqdim olunub
18.08.2026 08:40

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2026-cı il 23 iyun tarixli müvafiq Sərəncamına əsasən, qida təhlükəsizliyi sahəsində və dövlət qulluğunda səmərəli fəaliyyəti ilə əlaqədar “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşlarına mükafatları təqdim olunub.

 

AQTA-dan Aztibb.az-a bildirilib ki, Agentlik sədri Qoşqar Təhməzli əməkdaşlara medalları təqdim edib. Bildirib ki, ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması və bu istiqamətdə nəzarət sisteminin daha da təkmilləşdirilməsi qarşıda duran əsas vəzifələrdəndir.

 

Agentlik sədri əməkdaşlara bu vacib və məsuliyyətli işdə səmərəli xidmət göstərdiklərinə görə təşəkkür edib və bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayıb.

ÇOX OXUNANLAR
Səadət Bayramova: Səhiyyədə QHT–dövlət əməkdaşlığı daha sistemli qurulmalıdır
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Üsküdar Universitetinin bir qrup tələbəsi ATU-da kliniki təcrübə proqramını uğurla başa vurub
TƏBİB beynəlxalq tibbi əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşlər keçirir
Anar Bayramov Şirvan şəhər və Hacıqabul rayon sakinlərini qəbul edəcək
Rezidenturaya qəbul olmaq istəyənlərin nəzərinə: İxtisas seçimi başladı
Mərkəzi Gömrük Hospitalının travmatoloqu AZTV-yə müsahibə verib
Təcili tibbi yardım briqadaları doğuş proseslərini uğurla icra edib
Limfa düyünləri nədir və şişməsi nə zaman təhlükəlidir?
Dermatovenerologiya ixtisası: elmi-tibbi hazırlıq, müasir diaqnostika və müalicə yanaşmaları
II sinif skelet anomaliyasının korreksiyası məqsədilə xəstə üzərində ortognatik cərrahiyyə əməliyyatı icra olunub
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib