Hamilə qadınlar lazer epilyasiyası etdirə bilərmi? - Lazeroloq şərtləri açıqladı  
23.11.2020 12:18

Hər kəs arzuolunmaz tüklərdən xilas olmağa çalışır və bunun üçün bir çox şəxs lazer epilyasiyasına üstünlük verir.


Aztibb.az-a müsahibə verən lazeroloq Cəmilə Ağakişiyeva lazerin müsbət və mənfi tərəflərindən danışıb.

 

Müsahibəni təqdim edirik:

 

- Arzuolunmaz tüklərin follikulunu (kökünü) məhv edən lazer epilyasiyası hazırda Azərbaycanda çox ucuz formada reallaşdırılır. Qimətlər niyə bizim ölkədə aşağı, qonşu ölkələrdə isə yuxarıdır?

 

- Bunun əsas səbəbi başqa ölkələrdə tələbatın bizim ölkə ilə fərqli olmasıdır. Bizdə də lazer aparatlarından istifadənin ilkin vaxtlarında qiymətlər kifayət qədər yüksək idi. Lakin zamanla reytinqin çoxalması, rəqabət şəraitində həmkarlarımızın daha ucuz qiymətə bu xidməti təklif etmələri bizi də daha aşağı qiymətlərlə xidmət göstərməyə vadar etdi. Təxminən 2 il öncə 100-150 manata olan xidmətlər son 1 ildir ki 50 manatdan daha aşağı qiymətə göstərilir.

 

- Kimlərə lazer epilyasiyasına icazə verilmir?

 

- Allergiyası yüksək həddə olanlara lazer tətbiq etmək olmaz. Onu da qeyd edim ki, zob xəstəliyi, xüsusən də bu xəstəliyin faizinin yüksək olduğu şəxslərə də lazer məsləhət görülmür. Çünki sağlamlığa böyük əks-təsiri ola bilər.

 

- Hamilə qadınlar lazer elətdirə bilərmi? Hansı dövrdə bu mümkündür? Zərərləri varmı?

 

- Hamilə qadınlar 4 ayından sonra uşaqla bağlı heç bir problemi yoxdursa, lazer etdirə bilər. Lakin aparatdan aşağı dərəcədə və uzaq məsafədən istifadə edilməlidir. 5 ildir ki bu sahədəyəm və özüm də daxil olmaqla bir çox hamilə xanımlara hətta bütün bədənə lazer tətbiq etmişik.

 

- Lazer ilə tüklərdən tamamilə azad olmaq mümkündürmü?

 

- Lazer qara tüklərə çox gözəl effekt verir. Tüklər xeyli seyrəkləşir, nazikləşir. Bəzən ildə 1-2 dəfə getmək də kifayət edir. Lakin tüklərdən 100%-lik xilas olmaq mümkün deyil.

 

- Hansı lazer aparatına daha çox üstünlük verilməlidir? Aleksandrit, yoxsa diod lazer?

 

- Lazer dalğaları müxtəlifdir. Çox vaxt aleksandrit dalğadan istifadə olunur. Onu qeyd etməliyəm ki, aleksandrit lazeri zamanı eynəkdən istifadə etmək mütləqdir. Eynəkdən istifadə olunmasa, aleksandrit dalğanı göz ətrafına tətbiq edərkən korluğa qədər gətirib çıxara bilər. Otaqda güzgü olarsa, bu epilyasiya edən həkimin və ya kosmetoloqun özünə də ziyan edə bilər. Belə ki, təsadüfən lazer energetikasının güzgüyə dəyməsi nəticəsində həkimin gözünə də ziyan dəyə bilər. Ona görə də lazer olan otaqda güzgü və ya şüşə olması məsləhət deyil.

 

Tünd tük ağ dəridədirsə, aleksandrit lazer daha çox məsləhət görülür. Bu lazer növü tükü yandıracaq və dəriyə zərər verməyəcək. Amma tük tünd olsa da, əsmər dəriyə aleksandrit şüa vermək düzgün deyil. Çünki aleksandrit lazer tük ilə bərabər dərini də yandırıb ləkə sala bilər. Ona görə də bu tip dərilərə diod istifadə edilməlidir.

ÇOX OXUNANLAR
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Müasir neyrocərrahiyyə yanaşmalarını daim izləyən və peşəkar inkişafını davam etdirən həkim - Toğrul Qasımlı
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
 Saatlı RMX-da tanınmış cərrah Əhədağa Soltanovun 75 illik yubileyi qeyd edilib   
Yüksəkixtisaslı anestezioloq-reanimatoloq Xəyal Məmmədov - Həkimlərimizi tanıyaq!
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
Qazaxda ana və körpənin həyatı xilas edilib
8 saatlıq mikrocərrahi əməliyyat - Səhiyyə Nazirliyinin həkimləri 3 yaşlı uşağın qopmuş əlini bərpa etdi
ATU tələbələri Türkiyədə növbəti yay məktəbi proqramını uğurla başa vurublar
Küləkli hava şəraiti ilə əlaqədar iki nəfər xəsarət alıb