Böyrək nəqli ilə dializdən xilas olan bacıya qardaşı donor oldu
17.08.2026 11:40

Ümumi cərrah-transplantoloq Tariyel Nadirov uğurla icra olunan növbəti böyrək nəqli əməliyyatı barədə məlumat paylaşıb.

Aztibb.az xəbər verir ki, həkimin bildirdiyinə görə, təxminən iki ay əvvəl ikitərəfli nefrektomiya əməliyyatı keçirərək hər iki böyrəyi xaric edilən xəstə həmin vaxtdan etibarən dializ müalicəsi almağa başlayıb. Əməliyyatdan dərhal sonra pasiyentin yenidən sağlamlığına qovuşması üçün orqan köçürülməsi hazırlıqlarına start verilib. Bu prosesdə qardaşı öz böyrəyini bağışlayaraq bacısının dializ asılılığından qurtulmasına səbəb olub.

Üç gün əvvəl həyata keçirilən uğurlu transplantasiya nəticəsində pasiyent dializsiz həyata qədəm qoyub. Vəziyyəti tam qənaətbəxş olan donor bu gün artıq evə buraxılıb. Əməliyyatdan iki gün sonra aparılan laborator müayinələrdə xəstənin qanda kreatinin göstəricisi normallaşaraq 0,6 mq/dL təşkil edib və onun da ən qısa vaxtda evə yazılması planlaşdırılır.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama