Həkim bioloji yaşın necə qiymətləndirildiyini açıqlayıb
17.08.2026 08:43

İnsanın pasport yaşı hər zaman onun sağlamlıq vəziyyətini əks etdirmir. Belə ki, bəziləri 50 yaşında yüksək fiziki aktivliyini qoruyub saxladığı halda, digərləri artıq 35 yaşında xroniki xəstəliklərlə üzləşə bilər.

 

Aztibb.az "Life" portalına istinadən yazır ki, bu barədə mama-ginekoloq və ultrasəs diaqnostikası üzrə həkim Viktoriya Kulaqina məlumat verib.

 

Həkimin sözlərinə görə, bioloji yaş orqanizmə aid orqanların, toxumaların və hüceyrələrin eyni xronoloji yaşda olan digər insanlarla müqayisədə nə dərəcədə səmərəli fəaliyyət göstərdiyini göstərən göstəricidir.

 

Bioloji yaşın formalaşmasına bir sıra amillər təsir edir. Bunlara:

 

genetik xüsusiyyətlər;
qidalanma vərdişləri;
fiziki aktivlik;
yuxunun keyfiyyəti;
stress səviyyəsi;
xroniki xəstəliklərin mövcudluğu;
həyat tərzi ilə bağlı digər amillər daxildir.

 

Mütəxəssis vurğulayıb ki, eyni ildə doğulan iki insanın orqanizmi illər sonra tamamilə fərqli vəziyyətdə ola bilər. Birində maddələr mübadiləsi normal işləyir və fiziki forma qorunur, digərində isə vaxtından əvvəl qocalma əlamətləri müşahidə edilir.

 

V.Kulaqina qeyd edib ki, genetika mühüm rol oynasa da, bioloji yaşa təsir edən amillərin böyük hissəsi gündəlik həyat tərzi ilə bağlıdır. Bu səbəbdən müasir tibb xəstəliklərin profilaktikasına, sağlam həyat tərzinin təşviqinə və qocalma proseslərini, eləcə də sağlam ömür müddətinin uzadılması yollarını araşdıran gerontologiya elminin inkişafına xüsusi önəm verir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır