Uşaqlarda norovirusun əsas əlamətləri və qorunma yolları
12.08.2026 18:19

Yay aylarında uşaqlar arasında tez-tez rast gəlinən norovirus infeksiyası qəfil başlayan qusma, ishal, qarın ağrısı və ürəkbulanma ilə özünü göstərir. Yüksək yoluxuculuğu ilə seçilən virus xüsusilə kiçik uşaqlarda qısa müddətdə ciddi maye itkisinə səbəb ola bilər. Kreş, yay məktəbi və oyun meydançaları kimi uşaqların bir arada olduğu məkanlarda virus daha sürətlə yayıla bilər.

Aztibb.az xəbər verir ki, Memorial Kayseri Xəstəxanasının Uşaq Sağlamlığı və Xəstəlikləri şöbəsinin həkimi Dos. Dr. Samet Özer norovirüsün əlamətləri, yayılma yolları və qorunma tədbirləri barədə məlumat verib.

Norovirüs kəskin qastroenteritin əsas səbəblərindən biridir. İnfeksiya adətən yoluxmadan 12-48 saat sonra özünü göstərir. Sulu ishal, qusma, ürəkbulanma, qarın ağrısı və sancılar, yüngül hərarət, halsızlıq və əzələ ağrıları əsas əlamətlər sırasındadır. Xəstəliyin ən ağır mərhələsi adətən 1-3 gün davam edir.

Virus xəstə şəxslə yaxın təmas, çirklənmiş qida və su, həmçinin yoluxmuş səthlərlə təmas yolu ilə yayıla bilər. Uşaqların əllərini ağızlarına aparması yoluxma riskini artırır.

Xüsusilə 5 yaşdan kiçik uşaqlarda maye itkisi sürətlə inkişaf edə bilər. Buna görə qəfil başlayan güclü qusma və ishal zamanı uşağın vəziyyəti diqqətlə izlənilməli, susuzlaşma əlamətləri yaranarsa tibbi yardım alınmalıdır.

Norovirüsdən qorunmaq üçün uşaqların əlləri tualetdən sonra və yeməkdən əvvəl ən azı 20 saniyə sabun və su ilə yuyulmalı, tez-tez toxunulan səthlər təmizlənməli, meyvə-tərəvəz yaxşı yuyulmalı və xəstə şəxslərlə təmas məhdudlaşdırılmalıdır.

ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib   
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
Ağdaşın Birinci Aral və İkinci Aral kəndlərində tibbi aksiya: 54 nəfər müayinə olunub
Oromandibulyar distoniya nədir?
Diabet və böyrəklər: səssiz təhlükə