Gəncədə 3 koronavirus xəstəsi barədə cinayət işi başlanıldı
23.11.2020 11:08

Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) və onun tabe qurumlarının əməkdaşları koronavirusa yoluxmuş şəxslərin yaşadıqları evləri qanunsuz olaraq tərk etmələrinə qarşı tədbirləri davam etdirir.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan şəhər sakini Aybəniz Abdullayevanın ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, Tovuz rayonuna getməsi aşkarlanıb. Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə A.Abdullayeva yaşadığı evə göndərilib, onun barəsində Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb.

 

Bundan başqa, Gəncə ŞBPİ-nin Nizami rayon Polis İdarəsinin (RPİ) əməkdaşları da koronavirus infeksiyasına yoluxan şəhər sakini Ramil Məmmədovun ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanı tərk edərək mağazaya getməsini və beləliklə digər şəhər sakinlərinin sağlamlığını ciddi təhlükəyə atmasını müəyyən ediblər. Polis əməkdaşları dərhal onun şəhər ərazisində yerini müəyyən edərək yaşadığı evə göndərib. Onun barəsində Nizami RPİ-nin Təhqiqat Bölməsində araşdırma aparılır.

 

ŞBPİ-nin Kəpəz rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində daha bir şəhər sakini Mehman Nəcəfovun yaşadığı ünvanı tərk etməsi, dostları ilə yaxın təmasda olması və beləliklə, COVID-19 virusunun yayılmasına şərait yaratması aşkar edilib. Polis əməkdaşları tibbi prosedurlar gözləməklə onu yaşadığı evə göndərib. M.Nəcəfov barəsində toplanan materiallar araşdırılması üçün Kəpəz RPİ-nin Təhqiqat Bölməsinə göndərilib.

 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub