Xocavənd RMX-da uşaqların profilaktik peyvəndlənmə tədbirləri davam etdirilir
12.08.2026 12:00

Xocavənd Rayon Mərkəzi Xəstəxanasında peyvəndlənmə davam edir

Uşaqların sağlamlığının qorunması və yoluxucu xəstəliklərdən etibarlı müdafiəsinin təmin edilməsi məqsədilə Xocavənd Rayon Mərkəzi Xəstəxanasında profilaktik peyvəndlənmə tədbirləri davam etdirilir.

 

Aztibb.az xəbər verir ki, 3–6 aylıq uşaqların peyvəndlənməsi Azərbaycan Respublikasının Milli Peyvənd Təqviminə uyğun olaraq həyata keçirilir.

Peyvəndlərin tətbiqi və qrafiki:

 3 aylıqda: 6 komponentli Heksaksim vaksini – göyöskürək, difteriya, tetanus, hepatit B, B tipli hemofil infeksiya və poliomielitə qarşı.

4 aylıqda: 6 komponentli Heksaksim vaksini və Pnevmokok vaksini – göyöskürək, difteriya, tetanus, hepatit B, B tipli hemofil infeksiya və poliomielitə, həmçinin pnevmokok infeksiyasına qarşı.
6 aylıqda: Pnevmokok vaksini və OPV (oral poliomielit vaksini) – pnevmokok infeksiyasına və poliomielitə qarşı.

 

Peyvənddən əvvəl uşağın pediatr tərəfindən müayinəsi aparılır, peyvənddən sonra isə uşağın sağlamlıq vəziyyətinə nəzarət edilir.

Valideynləri övladlarının peyvəndlərini Milli Peyvənd Təqviminə uyğun və vaxtında etdirməyə çağırırıq. Peyvəndlərin vaxtında aparılması uşaqların sağlamlığının qorunmasında mühüm rol oynayır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır