Yeni Klinikada “Təhlükəsiz sterilizasiya” təlimi keçirilib
12.08.2026 10:55

Yeni Klinikanın Tibbi Tədris – Simulyasiya Mərkəzində Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan tibb müəssisələrinin sterilizasiya otaqlarına cavabdeh tibb bacıları üçün “Təhlükəsiz sterilizasiya: nəzəriyyədən praktikaya – Modul 1” mövzusunda təlim keçirilib.

 

Bu barədə Aztibb.az-a Yeni Klinikadan məlumat verilib.

 

Bildirilib ki, üç hissədən ibarət olan təlim Yeni Klinikanın Sterilizasiya bölməsinin müdiri Nazim Orucəliyev tərəfindən keçirillib.

 

Təlimin birinci hissəsində mərkəzi sterilizasiya şöbəsinin quruluşu və iş prinsipləri, sterilizasiya prosesinin əsas mərhələləri, prosesə nəzarət və sənədləşmə qaydaları barədə məlumat verilib.

 

İkinci hissədə sterilizasiya prosesində qarşıya çıxa biləcək bioloji, kimyəvi və fiziki risklər, iynə və iti alətlərlə zədələnmələrin qarşısının alınması, fövqəladə hallarda görüləcək tədbirlər, həmçinin fərdi qoruyucu vasitələrin düzgün seçilməsi və istifadəsi məsələləri diqqətə çatdırılıb.

 

Təlimin praktiki hissəsində iştirakçılar şöbədə tibbi alətlərin qəbul edilməsi, ön təmizlik, dezinfeksiya, durulama, qurutma və vizual yoxlama, qablaşdırma, kimyəvi indikatorların yerləşdirilməsi, sterilizatorun yüklənməsi, sterilizasiya dövrünün izlənməsi, steril materialların boşaldılması və saxlanması, eləcə də sənədləşmənin aparılması üzrə praktiki məşğələlərdə iştirak ediblər.

 

Qeyd edək ki, Tibbi Tədris – Simulyasiya Mərkəzinin əsas məqsədi müasir tibbi təcrübəyə əsaslanan praktiki təlimlər vasitəsilə tibb işçilərinin peşəkar bacarıqlarını inkişaf etdirmək, təhlükəsiz və keyfiyyətli tibbi xidmət standartlarının tətbiqini təmin etməkdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır