Ürək çatışmazlığının 5 əsas əlaməti: Hansı halda həkimə müraciət etməli?
11.08.2026 18:59

Ürək çatışmazlığı dünyada təxminən 64 milyon insanı təsir edən ciddi xroniki xəstəliklərdən biridir. Yaşlanan əhali, diabet, hipertoniya, piylənmə və xroniki böyrək xəstəliklərinin artması bu problemin yükünü daha da artırır.

Aztibb.az xəbər verir ki, Türkiyədə aparılan araşdırmalara əsasən, 2016-2022-ci illər ərzində 2,7 milyondan çox insana ürək çatışmazlığı diaqnozu qoyulub. TRends-HF araşdırmasına görə, 2022-ci ilin sonunda ölkədə xəstəliyin yayılma səviyyəsi təxminən 2,1 faiz olub. Ürək çatışmazlığının Türkiyədə Qərb ölkələri ilə müqayisədə 8-10 il daha erkən yaşlarda başladığı da müəyyən edilib.

Ürək çatışmazlığı ürəyin orqanizmin ehtiyac duyduğu qan və oksigeni kifayət qədər pompalaya bilməməsi ilə xarakterizə olunur. Əsas əlamətlərə nəfəs darlığı, xüsusilə uzanarkən tənəffüs çətinliyi, ayaq və topuqlarda şişkinlik, sürətli çəki artımı, halsızlıq və tez yorulma daxildir.

Mütəxəssislər bu əlamətlərin bəzən yaşlanmanın təbii nəticəsi kimi qəbul edilməsinin xəstəliyin gec aşkarlanmasına səbəb ola biləcəyini bildirirlər. Erkən diaqnostika, müalicəyə düzgün riayət və müntəzəm tibbi nəzarət xəstəxanaya yerləşdirilmələrin azalması və həyat keyfiyyətinin yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Araşdırmalara görə, ürək çatışmazlığının yaranmasında yaşla yanaşı yüksək qan təzyiqi, ürək-damar xəstəlikləri, diabet, piylənmə və xroniki böyrək xəstəlikləri kimi amillər mühüm rol oynayır.

Mütəxəssislər nəfəs darlığı, səbəbsiz halsızlıq, ayaqlarda şişkinlik və gündəlik fiziki fəaliyyət zamanı əvvəlkindən daha tez yorulma kimi əlamətləri olan şəxslərə həkimə müraciət etməyi tövsiyə edirlər. Erkən və düzgün diaqnostika xəstəliyin idarə olunmasında əsas amillərdən biri hesab olunur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır