Peşəkar və təcrübəli uşaq cərrahı Rahət Hüseynli - "Həkimlərimizi tanıyaq!" rubrikası
10.08.2026 11:22

"Həkimlərimizi tanıyaq!" rubrikamızda uşaqların sağlamlığının keşiyində dayanan, peşəkarlığı, qayğıkeşliyi və həssas yanaşması ilə valideynlərin etibarını qazanan Gəncə şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Uşaq Xəstəxanasının Cərrahiyyə şöbəsinin müdiri, uşaq cərrahı Rahət Hüseynlini Sizə təqdim edirik.

 
Rahət Saləddin oğlu Hüseynli 3 yanvar 1954-cü ildə Gəncə şəhərində anadan olub. 1971-1977-ci illərdə Rusiya Federasiyasının Sankt Peterburq şəhərində Pediatrik Tibb İnstitutunda Pediatriya ixtisası üzrə təhsil alıb və həmin İnstitutu fərqlənmə ilə bitirib. 1978-1988-ci illərdə Rusiya Federasiyasının Nijniy Taqil şəhərində 3 saylı şəhər uşaq xəstəxanasında həkim-uşaq cərrahı vəzifəsində çalışıb.

 

Rahət Hüseynli 1988-ci ildən Uşaq xəstəxanasında Cərrahiyyə şöbəsinin müdiri (həkim-uşaq cərrahı) kimi fəaliyyət göstərir. İxtisası üzrə müasir dövrün bütün yeniliklərini öyrənmək məqsədilə ixtisasartırma kurslarında, seminarlarda və treninqlərdə iştirak edir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır