Matras seçərkən nələrə diqqət etmək lazımdır?
14.08.2026 22:40

Matras seçərkən onun sərtliyindən əvvəl bədənə verdiyi dəstəyə, ölçülərinə və materiallarına diqqət etmək tövsiyə olunur. Mütəxəssislər bildirirlər ki, düzgün matras onurğanı bərabər şəkildə dəstəkləməli, insanın boyuna və çəkisinə uyğun olmalı, yaxşı havalandırılmalı və sağlamlıq üçün risk yarada biləcək maddələrdən hazırlanmayıb.

Aztibb.az xəbər verir ki, travmatoloq-ortoped Kirill Masliyev matras alarkən onun tərkibinin diqqətlə araşdırılmasını tövsiyə edir. Onun sözlərinə görə, uçucu üzvi birləşmələr, bəzi alovgecikdiricilər, formaldehid və ftalatlar kimi maddələrin istifadəsinə diqqət yetirmək lazımdır.

Müasir matraslar əsasən yaylı, yaysız, vakuum və ortopedik modellərə bölünür. Yaysız modellərdə poliuretan köpüyü, lateks və müxtəlif liflərdən istifadə olunur. Təbii lateks kifayət qədər davamlı olması və kiflə toz gənələrinə qarşı dayanıqlılığı ilə seçilir.

Mütəxəssislər matras seçərkən onu mağazada ən azı 10-15 dəqiqə sınaqdan keçirməyi məsləhət görürlər. İnternetdən yalnız rəylərə əsaslanaraq matras almaq düzgün seçim olmaya bilər, çünki eyni model müxtəlif insanlar üçün fərqli rahatlıq təmin edə bilər.

Bel və onurğa ilə bağlı problemi olan şəxslərə isə matras seçməzdən əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur. Əsas meyar matrasın nə çox yumşaq, nə də həddindən artıq sərt olması deyil, bədənə uyğun dəstəyi təmin etməsidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır