Alimlərimiz Azərbaycan tibb elmini beynəlxalq arenada uğurla təmsil edib
08.08.2026 14:17
2026-cı ilin ilk yarısında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin V.Y. Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun alimləri beynəlxalq elmi arenada mühüm uğurlara imza atıblar.
 
Aztibb.az-a verilən məlumata görə, İnstitut əməkdaşlarının müəllifi və həmmüəllifi olduqları 13 beynəlxalq elmi iş - 12 elmi məqalə və 1 beynəlxalq kitab fəsli nüfuzlu SCIE və Scopus indeksli elmi nəşrlərdə dərc olunub. Nəşrlərin 58,4 faizi yüksək reytinqli Q1 və Q2 kateqoriyalı jurnallarda işıq üzü görüb ki, bu da aparılan elmi tədqiqatların beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini göstərir.
 
Hesabat dövründə institutun direktoru, professor Adil Allahverdiyev 5 beynəlxalq məqalə və 1 kitab fəsli olmaqla ümumilikdə 6 beynəlxalq elmi işin müəllifi və həmmüəllifi kimi ən məhsuldar alimlər sırasında yer alıb.
 
Beynəlxalq elmi nəşrlərdə institutun digər əməkdaşları da uğurla təmsil olunublar. Onların sırasında professor Akif Qurbanov, tibb elmləri doktoru Akif Salehov, dosent Lalə Rüstəmova, PhD Ruqiyyə Səmədzadə, PhD. Nərgiz İmamova, Dr. Afət Əkbərova, B.ü.f.d. Şəhla Əliyeva, dosent Şəhla Canəhmədova, T.ü.f.d. Fatma Hüseynova, Msc.Nigar Qasımzadə, PhD. Rəşad Rəsulov, PhD. Elza Karabağ, Msc. Əsmər Tağıyeva, Msc.Fidan Qaxıyeva, Sevinc Eyvazlı, Elgün İsmayılova və Şəlalə Babayeva yer alırlar.
 
İnstitut əməkdaşlarının tədqiqatları onkologiya və molekulyar genetika, nanotexnologiya və biotibb, immunologiya və vaksinologiya, parazitologiya və infeksion xəstəliklər kimi müasir tibbin prioritet istiqamətlərini əhatə edir. Bu nəticələr institutda formalaşmış güclü elmi məktəbin, məqsədyönlü tədqiqat fəaliyyətinin və beynəlxalq elmi əməkdaşlığın uğurlu nəticəsidir.
 
Beynəlxalq elmi nəşrlərdə əldə olunan bu uğurlar Azərbaycan tibb elminin qlobal elmi məkanda tanıdılmasına, institutun beynəlxalq elmi nüfuzunun daha da möhkəmlənməsinə və ölkəmizin elmi potensialının dünyaya təqdim olunmasına mühüm töhfə verir.
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır