Osteoporoz müalicəsində təkcə kalsium kifayət etmir
08.08.2026 11:23

Osteoporoz diaqnozu qoyulan bir çox insan kalsium əlavələrinin müalicənin əsas hissəsi olduğunu düşünür. Lakin yeni araşdırma göstərir ki, hər kəsin əlavə kalsium qəbul etməsinə ehtiyac olmaya bilər.


Aztibb.az xəbər verir ki, “Osteoporosis International” jurnalında dərc olunan tədqiqatda gündəlik qidalanma ilə kifayət qədər kalsium qəbul edən və osteoporoz dərmanları istifadə edən yaşlı qadınlar araşdırılıb.

 

Nəticələrə görə, əlavə kalsium preparatları bud sümüyünün mineral sıxlığını (BMD) və sümük möhkəmliyini artırmayıb. Əksinə, qida ilə əlavə zülal qəbul edən qadınlarda sümük əriməsi müalicəsinin effektivliyi daha yüksək olub.

Kalsium əlavəsi təyin edilməzdən əvvəl pasiyentin qida ilə nə qədər kalsium qəbul etdiyi qiymətləndirilməlidir. Araşdırmanın bəzi məhdudiyyətləri olsa da, nəticələr göstərir ki, osteoporozun uğurlu müalicəsində dərmanlarla yanaşı, kifayət qədər zülal qəbulunu təmin edən balanslı qidalanma da mühüm rol oynayır.

Qeyd olunan araşdırma müəyyən xəstə qrupu üzərində aparılmışdır və bütün pasientlərə şamil olunmaya bilər. Unutmamaq lazımdır ki, osteoporoz metabolik bir xəstəlikdir. Əmələ gəlməsində və sağalmasında da bir çox qidalanma və həyat faktorları da rol oynayır.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır