Kimya İnstitutu Belarusun Fiziki-Üzvi Kimya İnstitutu ilə elmi əməkdaşlığa başlayır    
06.08.2026 15:40

Elm və Təhsil Nazirliyinin Kimya İnstitutu ilə Belarus Milli Elmlər Akademiyasının Fiziki-Üzvi Kimya İnstitutu arasında onlayn görüş keçirilib.

 

Bu barədə Aztibb.az-a Kimya İnstitutundan məlumat verilib.

 

Bildirilib ki, görüşü giriş sözü ilə açan Kimya İnstitutunun direktor vəzifəsini icra edən professor Əfsun Sucayev Belarusun Azərbaycanın strateji tərəfdaşı və dost ölkəsi olduğunu vurğulayaraq, institutun Belarusun elmi müəssisələri ilə əməkdaşlığının inkişafına xüsusi önəm verdiyini bildirib. Təmsil etdiyi elmi -tədqiqat müəssisəsinin fəaliyyəti barədə məlumat verən Əfsun Sucayev qeyd edib ki, institutda hidrogen energetikası, funksional və kompozit materiallar, bioüzvi kimya və digər müasir istiqamətlər üzrə yeni elmi proqramlar formalaşdırılır. O, Kimya İnstitutunun hazırda dünyanın 50-dən artıq nüfuzlu elmi mərkəzi və universiteti ilə əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Bildirib ki, əsas tədqiqat istiqamətlərinə yeni funksional materialların hazırlanması, nanokatalizatorlar, nanokompozitlər, nanogillər, molekulyar sistemlər, fotoelektrokimyəvi proseslər, alternativ enerji texnologiyaları, elektron modelləşdirmə, yüksək səmərəli katalitik sistemlərin və funksional adsorbentlərin yaradılması, həmçinin süni intellekt metodlarından istifadə etməklə mürəkkəb kimyəvi proseslərin modelləşdirilməsi daxildir. Professor Əfsun Sucayev iki institut arasında birgə aparılacaq elmi tədqiqatların və  birgə fəaliyyət istiqamətləri özündə əks etdirən memorandumun hazırlanması üçün işçi qruplarının yaradılmasını təklif edib.

 

Sonra Belarus Milli Elmlər Akademiyasının Fiziki-Üzvi Kimya İnstitutunun direktoru, akademik  Aleksandr Viktoroviç Bildyukeviç görüşün institutlar arasında əməkdaşlığın başlanğıcı baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O, institutlar arasında əməkdaşlığın sistemli şəkildə qurulması üçün ilkin mərhələdə hər iki tərəfin fəaliyyətini əks etdirən təqdimat və məlumatların qarşılıqlı mübadiləsini təklif edib. O bildirib ki, bu materiallar əsasında hər iki institutun alimləri birgə tədqiqatların aparılması, ortaq layihələrin hazırlanması və beynəlxalq qrant müsabiqələrində birgə iştirak imkanlarını qiymətləndirə bilərlər. Akademik sentyabr ayında növbəti onlayn görüşün keçirilməsini və həmin görüşdə əməkdaşlığın konkret istiqamətlərinin müzakirə olunmasını təklif edib.

 

Görüşdə çıxış edən Kimya İnstitutunun Beynəlxalq Əlaqələr Sektorunun əməkdaşı, Gənc Alim və Mütəxəssislər Şurası sədr müavini Araz Dövlətov bildirib ki, institutda əsas diqqət gənc tədqiqatçıların elmi inkişafının dəstəklənməsinə yönəldilib. O, institutlar arasında birgə elmi seminarların və konfransların təşkilinin, elmi təcrübə mübadiləsinin, eləcə də gənc tədqiqatçıların bilik və bacarıqlarının artırılmasına yönəlmiş təşəbbüslərin əməkdaşlığın mühüm istiqamətlərindən biri olduğunu vurğulayıb.

 

Sonda tərəflər elmi əlaqələrin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi və əməkdaşlığın gələcək inkişafı istiqamətində fəaliyyətin davam etdirilməsi barədə razılığa gəliblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır