Mütəxəssisdən isti havada uzun yola çıxan sürücülərə vacib tövsiyələr
07.08.2026 08:41

Yay aylarında havanın həddindən artıq isti olması sürücülərin diqqətini zəiflədərək yol-nəqliyyat hadisələrinin riskini artıra bilər. Mütəxəssislər isti havada uzun səfərə çıxan sürücülərə mütəmadi su içməyi və tez-tez fasilə verməyi tövsiyə edirlər.

Aztibb.az "TRT Haber"ə istinadən yazır ki, mütəxəssislərin sözlərinə görə, yüksək temperatur orqanizmdə tərləmə və maye itkisini artırır. Bu isə ürək döyüntüsünün sürətlənməsinə, diqqətin azalmasına və reflekslərin zəifləməsinə səbəb ola bilər.

Araşdırmalar göstərib ki, temperatur yüksəldikcə təhlükəsiz avtomobil idarəetmə müddəti də azalır. Təxminən 30°C temperaturda sürücünün təhlükəsiz idarəetmə müddəti orta hesabla 80 dəqiqə olduğu halda, hava 40°C-yə yaxınlaşdıqda bu müddət 53 dəqiqəyə qədər enə bilər.

Mütəxəssislər xüsusilə günün ən isti saatları olan 14:00–17:00 aralığında yola çıxarkən daha diqqətli olmağı məsləhət görürlər. Bu saatlarda yuxululuq və diqqət dağınıqlığı daha çox müşahidə olunur.

Təhlükəsiz səfər üçün sürücülərə aşağıdakı tövsiyələr verilir:

avtomobildə kondisionerdən istifadə etmək;
müntəzəm olaraq su içmək;
hər 2 saatdan bir 20–30 dəqiqə istirahət etmək;
yola çıxmazdan əvvəl kifayət qədər yatmaq.

Mütəxəssislər bildirirlər ki, sərnişinlər də sürücünün yorğun və ya diqqətsiz olduğunu hiss etdikdə onu mütləq fasilə verməyə təşviq etməlidirlər. Bu, qəza riskinin azalmasına kömək edə bilər.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır