Həftədə cəmi bir məşq də qarın piyini azaltmağa kömək edə bilər
06.08.2026 11:23

Vaxt azlığı bir çox insanın müntəzəm idman etməsinə mane olur. Lakin yeni araşdırma göstərir ki, həftədə cəmi bir uzunmüddətli intensiv məşq də faydalı ola bilər.

Aztibb.az "Nature Communications" jurnalında dərc olunan məqaləyə istinadən yazır ki, Honq Konq Universitetinin alimlərinin araşdırmasına görə, həftədə bir dəfə 75 dəqiqəlik interval məşqi edən insanlarda qarın piyinin azalması həftədə üç dəfə daha qısa məşq edənlərlə demək olar ki, eyni olub.

Tədqiqatda qarın nahiyəsində artıq piy toplanmış 315 nəfər iştirak edib. Onların orta yaşı 48 olub və iştirakçıların əksəriyyəti qadınlar idi. Bütün iştirakçılar əvvəlcədən oturaq həyat tərzi keçirirdilər.

İştirakçılar üç qrupa bölünüb: bir qrup həftədə bir dəfə 75 dəqiqə, digər qrup isə eyni ümumi müddəti həftədə üç məşqə bölərək idman edib. Üçüncü qrup isə yalnız sağlam həyat tərzi ilə bağlı maarifləndirici görüşlərdə iştirak edib.

Alimlər bildirirlər ki, qarın piyinin çoxluğu ürək-damar xəstəlikləri, şəkərli diabet və erkən ölüm riskini artırır. Əvvəlki tədqiqatlar göstərib ki, bel çevrəsinin hər 10 santimetr artması erkən ölüm riskini 11 faiz yüksəldir.

Müəlliflərin fikrincə, nəticələr göstərir ki, vaxtı məhdud olan insanlar da həftəlik tövsiyə olunan fiziki aktivliyi bir günə toplamaqla sağlamlıqlarına müsbət təsir göstərə bilərlər.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-nin “Telesəhər” proqramına müsahibə verib
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
İki yeni mütəxəssis Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyətə başlayıb
ADHTİ ilə “Azena Creative Agency” arasında tərəfdaşlıq əlaqələri qurulub
Naxçıvanda orta tibb işçiləri üçün keçirilən sertifikasiya imtahanının nəticələri açıqlanıb