Bioadaptasiya laboratoriyasında buğdanın stresə davamlılığının öyrənilməsi istiqamətində mühüm tədqiqatlar aparılır
05.08.2026 10:37

Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya İnstitutunun Bioadaptasiya laboratoriyasında buğdanın genetik xüsusiyyətlərinin və stres amillərinə davamlılığının öyrənilməsi istiqamətində aktual elmi araşdırmalar həyata keçirilir.

 

İnstitutdan Aztibb.az-a bildirilib ki, laboratoriyanın əsas tədqiqat istiqamətlərindən biri bütöv genom üzrə assosiasiya tədqiqatlarıdır (GWAS). Tədqiqatlara 188 buğda genotipindən ibarət geniş panel cəlb edilib. Bu panelə yerli sortlarla yanaşı, müxtəlif seleksiya xətləri və xarici ölkələrdən introduksiya olunmuş genotiplər də daxildir. Genotiplər 25 min tək nukleotid polimorfizminə əsaslanan 25K Array texnologiyası ilə analiz edilib.

 

Araşdırmalar çərçivəsində həmin genotiplər Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Qobustan Bölgə Təcrübə Bazasında əkilərək rəqəmsal fenotipləmə üsulu ilə qiymətləndirilib. Bu müasir metod bitkilərin fizioloji vəziyyətini qorumaqla onların inkişaf proseslərini qeyri-invaziv şəkildə izləməyə imkan verir.

 

Genotipləmə və rəqəmsal fenotipləmə nəticələri bioinformatik analizlər vasitəsilə birgə qiymətləndirilib və müxtəlif əlamətlərlə əlaqəli genom bölgələri müəyyən edilib. Tədqiqatın nəticələri əsasında iki elmi məqalə hazırlanaraq nəşrə təqdim olunub. Digər mühüm istiqamət isə bütöv transkriptom səviyyəsində aparılan tədqiqatlardır. Bu araşdırmalarda stresə davamlılıq xüsusiyyətlərinə görə seçilmiş beş buğda genotipi öyrənilir. Onlardan ikisi yüksək davamlı, ikisi həssas, biri isə orta davamlı genotipdir.

 

Tədqiqat zamanı bitkilər quraqlıq, istilik və duz streslərinə məruz qoyularaq gen ifadəsində baş verən dəyişikliklər araşdırılır. Hazırda bu istiqamətdə analizlər davam etdirilir.

 

Bu elmi işlər Almaniyanın Bonn və Osnabrük universitetlərinin alimləri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Əməkdaşlığın inkişafı məqsədilə institut ilə həmin universitetlər arasında anlaşma memorandumları da imzalanıb.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır