Həşəratların çoxalma ocaqlarının müəyyən edilməsi məqsədilə mütəmadi monitorinqlər aparılır
05.08.2026 11:56

Ölkədə həşəratların çoxalma ocaqlarının müəyyən edilməsi məqsədilə mütəmadi monitorinqlər aparılır. Zərurət yaranan ərazilərdə dezinseksiya, dezinseksiya tədbirləri həyata keçirilir. Durğun su mənbələrinin ləğv edilməsi, tullantıların vaxtında daşınması, ərazilərin sanitariya vəziyyətinin yaxşılaşdırılması həşəratların sayının azalmasına mühüm təsir göstərir.

 

Bu barədə Aztibb.az-a Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən (RGEM) xəbər verilib.

 

Eyni zamanda bildirilib ki, yay mövsümündə müşahidə edilən yüksək temperaturun və yağıntıların miqdarındakı dəyişikliklərin həşəratların, xüsusilə də ağcaqanadların, milçəklərin və bəzi digər növlərin aktivliyinə təsir göstərməsi mümkündür. Bununla əlaqədar olaraq, daxil olan bütün müraciətlər də operativ şəkildə araşdırılır, aidiyyəti qurumlara yönləndirilir. Vətəndaşlara fərdi qoruma tədbirlərinin görülməsi tövsiyə edilir.

 

“Ayrı-ayrı bölgələrdə iqlim və ekoloji şəraitdən asılı olaraq bəzi həşərat növlərinin sayında mövsümi dəyişikliklər müşahidə oluna bilər. Ağcaqanad, gənə və digər həşəratlardan qorunmaq üçün repelentlərdən istifadə etmək, uzunqol və açıq rəngli geyimlər geyinmək, pəncərələrdə torlardan istifadə etmək, durğun suyun toplanmasına yol verməmək və təbiətdə olduqdan sonra bədəni gənələrə qarşı yoxlamaq tövsiyə olunur”, - deyə məlumatda vurğulanıb.

 

Həmçinin diqqətə çatdırılıb ki, hazırda Azərbaycanda ağcaqanadlar vasitəsilə yayılan infeksiyalarla bağlı epidemioloji vəziyyət sabitdir.

ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-nin “Telesəhər” proqramına müsahibə verib
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
İki yeni mütəxəssis Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyətə başlayıb
ADHTİ ilə “Azena Creative Agency” arasında tərəfdaşlıq əlaqələri qurulub
Naxçıvanda orta tibb işçiləri üçün keçirilən sertifikasiya imtahanının nəticələri açıqlanıb