“Doktorantların və gənc tədqiqatçıların respublika elmi konfransı (NASCO29)” keçiriləcək  
05.08.2026 08:19

15-16 oktyabr 2026-cı il tarixlərində “Doktorantların və gənc tədqiqatçıların Respublika Elmi konfransı (NASCO29)” keçiriləcək. 

 

Bu barədə Aztibb.az-a ATU-dan məlumat verilib.

Naxçıvan Dövlət Universitetində baş tutacaq konfransın əsas məqsədi gənc tədqiqatçılara öz elmi fəaliyyətlərinin nəticələrini geniş auditoriya qarşısında təqdim etmək imkanı yaratmaqdır. Konfrans iştirakçıları müxtəlif sahələr üzrə apardıqları tədqiqatları bölüşməklə yanaşı, aktual elmi problemlərin müzakirəsində iştirak edəcək, yeni ideyalar irəli sürəcək və elmi düşüncə mühitinin inkişafına töhfə verəcəklər.

 

Elmin bütün sahələrini əhatə edən bu konfrans müxtəlif istiqamətlərdə çalışan gənc tədqiqatçıları bir araya gətirərək elmi polemikaların aparılmasına, nəzəri və praktik biliklərin paylaşılmasına, multidissiplinar yanaşmaların formalaşmasına, elmi əməkdaşlıq əlaqələrinin qurulmasına şərait yaradacaq.

 

Konfransın məqalə qəbulu 1 oktyabr 2026-cı il tarixədək uzadılıb. 

 

Daha ətraflı məlumatı linkə daxil olmaqla əldə etmək mümkündür. 

https://www.nasco.ndu.edu.az/az/

 
 
 

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-nin “Telesəhər” proqramına müsahibə verib
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
ADHTİ ilə “Azena Creative Agency” arasında tərəfdaşlıq əlaqələri qurulub
Naxçıvanda orta tibb işçiləri üçün keçirilən sertifikasiya imtahanının nəticələri açıqlanıb
İki yeni mütəxəssis Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyətə başlayıb
 Gəncə Şəhər Birləşmiş Xəstəxanasının bir qrup əməkdaşı “Gənc Tibb İşçilərinin Konfransı” layihəsində iştirak edib