Fruktozanın aqressiv yumurtalıq xərçənginin yayılmasında həlledici rol oynadığı müəyyənləşib
04.08.2026 08:04

Vistar İnstitutunun amerikalı alimləri fruktozanın aqressiv yumurtalıq xərçənginin yayılmasında və metastaz verməsində həlledici rol oynadığını müəyyən ediblər.

Aztibb.az-ın xəbərinə görə, tədqiqat göstərir ki, kimyaterapiyadan sonra sağ qalan xərçəng hüceyrələri ətrafdakı digər patoloji hüceyrələri sürətlə bölünməyə və yayılmaya sövq edən xüsusi molekullar ifraz edir. Bu prosesdə əsas katalizator rolunu fruktoza oynayır.

 

Yumurtalıq xərçəngində ölümlərin təxminən 90%-nə məhz metastazlar sebəb olur. Onkoloqlar bəşər övladının qida rasionu ilə qəbul etdiyi fruktozanın (məsələn, şirin içkilərdən) hüceyrələrarası əlaqəni zəiflətdiyini üzə çıxarıblar. Mexanizm xolesterinlə bağlıdır: fruktoza qonşu hüceyrələrdə hüceyrələri bir-birinə bağlayan "yeliş" rolunu oynayan xolesterinin səviyyəsini düşürür. Nəticədə xərçəng hüceyrələri asanlıqla bir-birindən qoparaq qarın boşluğuna yayılır.

 

Tədqiqatçılar bu mexanizmin mədəaltı vəzi, yoğuns bağırsaq və qaraciyər kimi digər daxili organ xərçəngləri üçün də keçərli olduğunu ehtimal edirlər. Alimlər eyni zamanda statin preparatlarının da bənzər təsir göstərə biləcəyini araşdırırlar, lakin xəstələrə həkim məsləhəti olmadan dərman qəbulunu dayandırmamaq xəbərdarlığı olunur.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır