Fransada 5 min həkim qeyri-qanuni estetik inyeksiyalara qarşı mübarizənin gücləndirilməsini tələb edir
04.08.2026 10:16

Fransada sərbəst fəaliyyət göstərən 5 minə yaxın həkim və estetik tibb mütəxəssisi səhiyyə naziri Stefani Ristə müraciət edərək, qeyri-qanuni estetik inyeksiyalara qarşı mübarizənin sərtləşdirilməsini tələb edib.

 

Aztibb.az xarici mətbuata istinadla xəbər verir ki, həkimlər son dörd ayda bu cür prosedurlar nəticəsində iki gənc qadının həyatını itirməsinin narahatlıq doğurduğunu bildiriblər.

 

“Le Parisien” qəzetində dərc olunan müraciətdə müəlliflər nazirə “Daha neçə insan həyatını itirməlidir, xanım nazir?” sualı ilə üz tutaraq, tibbi ixtisası olmayan şəxslərin estetik prosedurlar həyata keçirməsinin geniş yayılmasını kəskin tənqid ediblər.

 

Təşəbbüsə Fransanın Sərbəst Həkimlər Həmkarlar İttifaqı və Estetik Tibdə Yaxşı Təcrübələr Dərnəyi də dəstək verib.

 

Müraciətdə qeyd olunub ki, Fransada estetik inyeksiya etdirən insanların təxminən 40 faizi artıq həkim olmayan şəxslərə müraciət edirlər. Həkimlərin fikrincə, bu müdaxilələr tibbi bilik və diaqnoz olmadan həyata keçirilir ki, bu da ciddi sağlamlıq riskləri yaradır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır