Botanika İnstitutunun əməkdaşları Abşeronda becərilən marakuyanın xüsusiyyətləri ilə bağlı tədqiqat aparıblar
04.08.2026 10:52

Abşeron şəraitində yetişdirilən “Passiflora edulis L.” (marakuya) meyvələri yüksək antioksidant aktivliyə malikdir və β-karotin, fenol birləşmələri, flavonoidlər, habelə qida baxımından əhəmiyyətli mineral elementlərlə zəngindir. Meyvədən alınan pektinin molekulyar xüsusiyyətləri onun gələcəkdə funksional qida məhsulları, hidrogellər və əczaçılıq preparatlarının hazırlanmasında perspektivli xammal kimi istifadə oluna biləcəyini göstərir.

Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun alimlərinin müəllifi olduğu “Abşeron yarımadasının quru subtropik şəraitində becərilən Passiflora edulis L. meyvələrinin fitokimyəvi xarakteristikası, antioksidant potensialı və pektin xüsusiyyətləri” adlı elmi məqalə “Asian Journal of Agriculture and Biology” (Q1 kvartilli) nəşrində dərc edilib.

 

İnstitutdan Aztibb.az-a bildirilib ki, tədqiqatın əsas məqsədi introduksiya edilmiş “Passiflora edulis L.” növünün Abşeron şəraitinə uyğunlaşmasını, meyvələrinin bioloji aktiv maddələrlə zənginliyini və onların qida, əczaçılıq və biotexnologiya sahələrində istifadə perspektivlərini müəyyənləşdirmək olub. Tədqiqat çərçivəsində meyvələrin tərkibində karotinoidlər, fenol birləşmələri, flavonoidlər, vitaminlər, makro və mikroelementlər, həmçinin pektinin fiziki-kimyəvi xüsusiyyətləri müasir analitik metodlarla öyrənilib.

 

Tədqiqatın nəticələrinə görə, Abşeron yarımadasının torpaq-iqlim şəraiti “Passiflora edulis L.” növünün uğurlu introduksiyası və bioloji aktiv maddələrin toplanması üçün əlverişlidir. Bu isə ölkəmizdə yüksək əlavə dəyərə malik subtropik bitkilərin becərilməsi və əczaçılıq sənayesinin xammal bazasının genişləndirilməsi baxımından mühüm elmi-praktik əhəmiyyət daşıyır.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır