Ağdərənin Vəngli kəndində yaşayan sakinlərin səyyar tibbi aksiyası davam etdirilir
03.08.2026 19:37

TƏBİB-in tabeliyində fəaliyyət göstərən Tərtər Rayon Mərkəzi Xəstəxanasının Ağdərə rayonu Vəngli tibb məntəqəsində əhalinin sağlamlığının qorunması və tibbi xidmətlərə əlçatanlığının artırılması məqsədilə səyyar tibbi aksiya təşkil olunub.

 

Bu barədə Aztibb.az-a Tərtər RMX-dan bildirilib.

 

İşğaldan azad olunmuş ərazilərdə əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, pasiyentyönümlü səhiyyə xidmətlərinin əlçatanlığının artırılması və vətəndaşların yaşadıqları ərazidə müasir tibbi xidmətlə təmin olunması TƏBİB-in əsas prioritet istiqamətlərindəndir. Bu məqsədlə həyata keçirilən səyyar tibbi müayinələr mövcud sağlamlıq vəziyyətinin qiymətləndirilməsinə, xəstəliklərin erkən aşkarlanmasına, vaxtında tibbi müdaxilənin təmin edilməsinə və gələcəkdə göstərilən səhiyyə xidmətləri daha da təkmilləşdirilməsinə mühüm töhfə verir.

 

Müayinə çərçivəsində terapevt, ginekoloq, pediatr, cərrah, kardioloq və laboratoriya ixtisasları üzrə həkimlər tərəfindən vətəndaşlara tibbi xidmət göstərilib. Müraciət edən şəxslərin sağlamlıq vəziyyəti qiymətləndirilib, şikayətləri dinlənilib, laborator analizlər üçün nümunələr götürülüb və zəruri müayinələr aparılıb.

 

Səyyar tibbi aksiya zamanı 21-dən çox vətəndaşa ümumilikdə 50-yə yaxın tibbi xidmət göstərilib.

ÇOX OXUNANLAR
1 nömrəli Birləşmiş Uşaq Xəstəxanasının və 27 nömrəli Şəhər Poliklinikasının baş həkimləri təltif olunub
 Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin anestezioloq-reanimatoloqları üçün simulyasiya təlimi keçirilib   
“Gündəlik təcrübədə klinik genetik testlərin inteqrasiyası” mövzusunda multidissiplinar elmi seminar keçirilib
 Kəlbəcərdə axtarış tədbirləri zamanı itkin düşmüş şəhidlərə aid insan qalıqları aşkarlanıb   
 Quba RMX-da 0–3 aylıq körpələrin planlı profilaktik müayinələri həyata keçirilir   
Hamilə pasiyent üzərində laparoskopik öd kisəsi əməliyyatı uğurla icra olunub
        Abituriyentlərə təhsil və karyera imkanları təqdim olunub          
Ağsu Rayon Mərkəzi Xəstəxanasının həkimi uzun sürən xəstəlikdən sonra vəfat edib
 Kolonoskopiyadan qorxmağa dəyərmi?   
Antibiotiklərin bağırsağa təsiri
 Pirallahıda 53 yaşlı qadının 35 il sonra ilk övladı dünyaya gəlib   
 Dövlət Gömrük Komitəsinin rəhbər əməkdaşı beynəlxalq səviyyəli MBA proqramını fərqlənmə ilə başa vurub   
ÜST Avropa regionunda uşaq və yeniyetmələrin psixi sağlamlığı xidmətlərinin keyfiyyətini gücləndirir
 “Vərəmin aşkarlanması, nəzarətli müalicə və profilaktikasında ilkin səhiyyə xidmətinin rolu” mövzusunda regional praktik təlim keçirilib
Mərkəzi Neftçilər Xəstəxanasının terapevti Pərizad Baxşəliyeva Baku TV-yə müsahibə verib