8 ölkədən olan 14 əcnəbi tibb tələbəsi Yeni Klinikada təcrübə proqramını başa vurub
03.08.2026 15:35
Yeni Klinika ilə Həkimlər və TƏBİB Tələbələr İctimai Birliyinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən "Xarici Tələbələrin Tibbi Təcrübə Proqramı" başa çatıb.
 
Aztibb.az xəbər verir ki, proqram çərçivəsində Türkiyə, Rusiya, İsveç, Belçika, Slovakiya, Qazaxıstan, Əlcəzair və İraqdan ölkəmizə gələn 14 əcnəbi tibb tələbəsi bir ay müddətində Yeni Klinikada praktik təcrübə keçib.
Təcrübə proqramı çərçivəsində iştirakçılar klinikanın Cərrahiyyə və transplantasiya, Ürək-damar, Reproduktiv sağlamlıq və ailə planlaması, Somatika və STROK mərkəzlərinin tərkibində fəaliyyət göstərən şöbə və bölmələrdə praktiki bilik və bacarıqlarını inkişaf etdirmək imkanı əldə ediblər.
Tələbələr yüksək ixtisaslı həkim-mütəxəssislərin rəhbərliyi altında cərrahi əməliyyatların, diaqnostik müayinələrin və gündəlik klinik fəaliyyətin gedişini yaxından izləyərək praktiki proseslərdə iştirak ediblər.
Bir ay davam edən proqramın sonunda iştirakçılar sertifikatla təltif olunublar.
Qeyd edək ki, "Xarici Tələbələrin Tibbi Təcrübə Proqramı" müxtəlif ölkələrdən olan gənc tibb mütəxəssislərinin peşəkar inkişafına dəstək göstərilməsi, beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsi və Azərbaycan səhiyyəsinin müasir imkanlarının xarici tələbələrə tanıdılması məqsədilə həyata keçirilir.
ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Səadət Bayramova: Səhiyyədə QHT–dövlət əməkdaşlığı daha sistemli qurulmalıdır
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
Ağlama səsindən xəstəliyin təyini - Körpə səslərini analiz edən süni intellekt
Kəngərli rayonunun Çalxanqala kəndində tibbi müayinə aksiyası təşkil olunub
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?
Prezident elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri təsdiqlədi
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin MƏLUMATI
Artıq həkim qəbuluna onlayn növbə almaq mümkündür
İnfeksion nəzarət - ictimai səhiyyənin təməli olan bir ixtisasdır  
Hərəkət məhdudiyyətli qız uşaqlarının dispanserizasiyası başa çatıb