Cari ildə 32 nəfər günvurma ilə bağlı təcili yardım çağırıb
03.08.2026 10:55
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri üzrə bu günə qədər günvurma ilə əlaqədar 32 müraciət daxil olub.
Aztibb.az xəbər verir ki, bunu Real TV-yə müsahibəsində mərkəzin şöbə müdiri Günay Əliyeva deyib. O bildirib ki, 2025-ci ilin müvafiq dövrü ərzində günvurma ilə əlaqədar 63 müraciət qeydə alınıb.
"
Müraciət edənlər arasında 20–50 yaş kateqoriyasına aid olan şəxslər üstünlük təşkil edir. Həmçinin uşaqlar və yaşlılar da risk qrupuna aiddir.
Açıq hava şəraitində çalışanlar, uzun müddət günəş şüalarının təsirinə məruz qalanlar, xüsusilə xroniki xəstəliyi olan şəxslər günvurmaya daha həssas hesab edilirlər", - deyə Günay Əliyeva vurğulayıb.
Bu bölməyə aid digər xəbərlər
ÇOX OXUNANLAR

