Küvezdə olan körpələrin müalicəsində ana toxunuşunun rolu
03.08.2026 10:44

Dünyaya vaxtından əvvəl gələn və ya müəyyən səbəblərdən küvezdə müalicə alan körpələrin sağalma prosesində ana ilə qurulan birbaşa təmas əvəzsiz rol oynayır.

 

Aztibb.az-ın məlumatına görə, tibb elmində "Kenquru baxımı" adlanan, körpənin ananın sinəsinə dərinin-dəriyə toxunması üsulu, balaca qəhrəmanların kliniki göstəricilərinə birbaşa müsbət təsir göstərir.

 

Mütəxəssislərin nəzarəti altında həyata keçirilən ana-körpə kontaktının əsas faydaları:

• Körpənin ürək döyüntülərini və tənəffüsünü sabitləşdirir.
• Bədən temperaturunun ideal səviyyədə qalmasını təmin edir.
• Stress hormonlarını azaldaraq, yuxu keyfiyyətini və çəki artımını sürətləndirir.
• Anada süd istehsalını stimullaşdırır və ana-uşaq bağlılığını gücləndirir.

 

Körpələrin tibbi müalicəsi ilə yanaşı, onların mənəvi və fiziki ehtiyacları da hər zaman diqqətdə saxlanılır. Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Perinatal Mərkəzin Yenidoğulmuşların intensiv terapiya bölməsində də həkimlərin nəzarəti altında ana-uşaq kontaktı qaydalarına tam əməl olunur, körpələrin vəziyyəti uyğun olduğu hər an anaların bu şəfalı təması qurmasına tam şərait yaradılır.

ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-nin “Telesəhər” proqramına müsahibə verib
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
İki yeni mütəxəssis Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyətə başlayıb
ADHTİ ilə “Azena Creative Agency” arasında tərəfdaşlıq əlaqələri qurulub
Naxçıvanda orta tibb işçiləri üçün keçirilən sertifikasiya imtahanının nəticələri açıqlanıb