Tədris Cərrahiyyə Klinikasında növbəti uğurlu əməliyyat
03.08.2026 09:59

ATU-nun Tədris Cərrahiyyə Klinikasının Transplantologiya şöbəsinin müdiri, ATU-nun I cərrahi xəstəliklər kafedrasının assistenti Anar Namazov tərəfindən uzun illərdir qasıq yırtığından əziyyət çəkən xəstə üzərində uğurlu laparoskopik cərrahi əməliyyat icra olunub.

 

Klinikadan Aztibb.az-a bildirilib ki, xəstənin anamnezinə əsasən, soltərəfli qasıq yırtığı 30 ildən artıq müddətdə mövcud olub. Uzunmüddətli yırtıq zaman keçdikcə ölçüsünün böyüməsi, narahatlıq hissi və ağırlaşma riskinin artması ilə müşayiət olunduğundan cərrahi müdaxilə qərara alınıb.

 

Əməliyyat zamanı müasir minimal invaziv cərrahiyyənin geniş tətbiq olunan üsullarından biri olan TAPP (Transabdominal Preperitoneal) texnikasından istifadə edilib. Bu metod qarın boşluğu vasitəsilə yırtıq nahiyəsinə təhlükəsiz şəkildə çatmağa, yırtıq kisəsinin işlənməsinə və qüsurun etibarlı şəkildə bərpasına imkan verir.

 

Yırtıq qapısının möhkəmləndirilməsi məqsədilə anatomik quruluşa uyğun xüsusi anatomik tor (mesh) implantasiya olunub. Mesh istifadəsi qarın divarının möhkəmliyini bərpa etməklə yanaşı, gələcəkdə yırtığın təkrarlanma ehtimalını əhəmiyyətli dərəcədə azaldır.

 

Laparoskopik yanaşmanın üstünlükləri sayəsində əməliyyat kiçik kəsiklərlə həyata keçirilib. Bu isə əməliyyatdan sonrakı ağrıların minimuma enməsinə, infeksiya riskinin azalmasına, xəstənin erkən mobilizasiyasına və qısa müddətdə gündəlik həyatına qayıtmasına şərait yaradır.

 

Tədris Cərrahiyyə Klinikasında qasıq yırtıqlarının müalicəsində beynəlxalq klinik protokollara uyğun müasir laparoskopik texnologiyaların tətbiqi davam etdirilir və xəstələrə yüksək səviyyəli, təhlükəsiz cərrahi xidmət göstərilir.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır