Orta yaşda bu vərdiş illər sonra beyində ciddi dəyişikliklərə səbəb ola bilər - 20 illik araşdırma
02.08.2026 12:44

Orta yaş dövründə uzun saatlar televiziya izləyən insanlar üzərində aparılan araşdırma beyin sağlamlığı ilə bağlı diqqətçəkən nəticələr ortaya qoyub. Təxminən 1 700 nəfərin 20 ildən çox izlənildiyi tədqiqatda, televiziyanı tez-tez izləyən şəxslərdə yaddaş zəifləməsi, damar zədələnməsi və demensiya ilə əlaqəli bəzi beyin dəyişiklikləri müəyyən edilib. Alimlər bildirirlər ki, bu əlaqəni yalnız oturaq həyat tərzi ilə izah etmək mümkün deyil.

 

Aztibb.az "CNN Türk"ə istinadən yazır ki, televiziya qarşısında uzun müddət vaxt keçirmək düşünüldüyündən daha ciddi nəticələrə səbəb ola bilər. Alimlər orta yaşda uzun saatlar televiziya izləyən insanların beyin sağlamlığını 20 ildən artıq müddətdə izləyərək bu vərdişin yaddaş itkisi, damar zədələnməsi və demensiya ilə əlaqəli beyin dəyişiklikləri ilə əlaqəsini araşdırıblar.

 

Araşdırma göstərib ki, orta yaşda tez-tez televiziya izləyən şəxslərdə yaddaş funksiyaları və Alzheimer xəstəliyinin erkən mərhələləri ilə əlaqəli beyin nahiyələrində həcm azalması müşahidə olunub.

 

Tədqiqatın nəticələri "Alzheimer’s & Dementia: Journal of the Alzheimer’s Association" jurnalında dərc edilib. Məqalədə televiziya izləməyə sərf olunan vaxtın yaşlandıqca beyin sağlamlığı ilə əlaqəli olduğu vurğulanır. Maraqlıdır ki, iş yerində oturaq vəziyyətdə keçirilən vaxtın isə oxşar beyin dəyişiklikləri ilə əlaqəsi müəyyən edilməyib.

 

20 ildən artıq davam edən araşdırma çərçivəsində 1987–1989-cu illərdə başladılan Atherosclerosis Risk in Communities (ARIC) layihəsində iştirak edən təxminən 1 700 yetkin şəxs izlənilib.

 

Araşdırmanın əvvəlində orta yaşı 53 olan iştirakçılardan asudə vaxtlarında nə qədər tez-tez televiziya izlədikləri və iş günlərində nə qədər oturaq vəziyyətdə qaldıqları soruşulub.

 

Təxminən 20 il sonra iştirakçıların beyinləri maqnit-rezonans tomoqrafiyası (MRT) ilə müayinə edilib. MRT nəticələri göstərib ki, televiziyanı "çox tez-tez" izlədiyini bildirən şəxslərlə "heç vaxt" və ya "nadir hallarda" izləyənlər arasında beyin quruluşunda nəzərəçarpacaq fərqlər mövcuddur. Xüsusilə, tez-tez televiziya izləyənlərdə yaddaş və idrak funksiyaları ilə əlaqəli bəzi beyin nahiyələrinin həcmi daha kiçik olub ki, bu da gələcəkdə Alzheimer xəstəliyi və digər demensiya növlərinin inkişaf riski ilə əlaqələndirilə bilər.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
 “Vərəmin aşkarlanması, nəzarətli müalicə və profilaktikasında ilkin səhiyyə xidmətinin rolu” mövzusunda regional praktik təlim keçirilib
ATU tələbələri Türkiyədə kliniki təcrübə proqramında iştirak ediblər
Neftçalada
İsmayıl Əfəndiyev Balakən Gömrük İdarəsində insan alverinə qarşı mübarizəyə dair təlim keçirib
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
 Mədə-bağırsaq qanaxmaları endoskopik üsulla necə dayandırılır?   
 Naftalan Şəhər Mərkəzi Xəstəxanasında profilaktik peyvənd tədbirləri davam etdirilir   
 Qəbələ RMX-da növbəti ağır cərrahi əməliyyat uğurla icra edilib   
Kəngərli rayonunun Çalxanqala kəndində tibbi müayinə aksiyası təşkil olunub
Mərkəzi Gömrük Hospitalının uroloqu AZTV-yə müsahibə verib
 Əhalinin sağlam həyat tərzi və davranış risk amilləri ilə bağlı maarifləndirici tədbir keçirilib   
Beyləqan RMX-da təcili hallarda ilkin yardım və CPR qaydaları üzrə təlim keçirilib
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?