Distant işləyərkən stressi azaltmağın yolları
02.08.2026 11:37

Çox sayda insan üçün uzaqdan iş rejiminə keçid artıq gündəlik həyatın bir hissəsinə çevrilib. İlk vaxtlar bu iş formatı olduqca rahat hesab olunurdu. Ən azı, işə gedib-gəlməyə sərf olunan vaxta qənaət etməyə, geyim qaydalarına riayət etməməyə və kollektivlə ünsiyyət baxımından daha sərbəst olmağa imkan verirdi. Lakin zaman keçdikcə bu iş modelinin ciddi çatışmazlıqları da üzə çıxdı.

Aztibb.az "Planet today" nəşrinə istinadən yazır ki, uzaqdan çalışan insanların tez-tez stress yaşamasının əsas səbəblərindən biri fiziki hərəkətin az olmasıdır. Bundan əlavə, uzun müddət eyni məkanda qalmaq da psixoloji vəziyyətə mənfi təsir göstərir. Yaponiyanın Tsukuba Universitetinin alimləri bu mənfi təsirləri azaltmağa kömək edə biləcək sadə və əlçatan bir üsul müəyyən ediblər. Tədqiqatın nəticələri American Journal of Health Promotion (AJHP) jurnalında dərc olunub.

Elmi araşdırmada həftədə ən azı bir gün məsafədən çalışan 100-ə yaxın yapon mütəxəssis iştirak edib. Tədqiqat zamanı iştirakçıların gün ərzində fiziki aktivliyi, oturaq vəziyyətdə keçirdikləri vaxt, stress səviyyəsi və iş məhsuldarlığı qiymətləndirilib.

Əldə olunan nəticələr göstərib ki, gün ərzində daha çox addım atan insanlar daha az stress yaşayırlar. Eyni zamanda, psixoloji gərginliyin aşağı olması daha yüksək əmək məhsuldarlığı ilə əlaqələndirilib.

Maraqlıdır ki, nə orta intensivlikli fiziki məşqlər, nə yüksək intensivlikli idman, nə də oturaq vəziyyətdə keçirilən vaxtın azaldılması eyni dərəcədə psixoloji və fizioloji fayda verməyib. Tədqiqatın nəticələrinə görə, insanın psixoloji vəziyyətinə ən müsbət təsir göstərən əsas amil gün ərzində atdığı ümumi addımların sayı olub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır