Həyatla təmasın ilk 12 saatı və peyvəndin əhəmiyyəti
02.08.2026 14:44

Körpənin dünyaya gəlişi hər bir ailə üçün ən böyük sevincdir. Lakin bu sevinc həm də böyük məsuliyyət rəmzidir.

 

Aztibb.az-ın xəbərinə görə, yenidoğulmuşlara həkim-neonatoloqların reanimasyon və pediatrik müayinələri aparıldıqdan sonra körpələrin həyatının ilk 12 saatında mühüm mərhələlər yaşanır ki, bu da ilkin peyvəndlərin gələcək sağlamlığa təsiri üçün çox önəmlidir.

 

Körpə doğulduqdan dərhal sonra və ilk 12 saat ərzində pediatr-neonatoloqlar tərəfindən hərtərəfli müayinə olunur. Bu müayinə zamanı körpənin refleksləri, tənəffüsü, ürək döyüntüləri və ümumi fiziki vəziyyəti yoxlanılır.

 

İlk 12 saat həm də peyvənd təqviminun ən kritik dövrüdür. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrinə uyğun olaraq, xəstəxanamızda doğulan hər bir körpəyə ilk 12 saat ərzində hepatit B və vərəm (BCG) əleyhinə ilkin peyvəndlər vurulur. Bu, körpənin immun sisteminin xarici aləmlə ilk təhlükəsiz qarşılaşmasıdır.

 

Peyvəndlərin vaxtında vurulması gələcəkdə fərdin sağlam böyüməsinə birbaşa təsir edir. İlk saatlarda vurulan peyvənd körpəni ömürlük əlillikdən, xroniki qaraciyər xəstəliklərindən və vaxtsız ölüm riskindən qoruyur. İmmunitet qoruyucu qalxan rolunu oynayaraq uşağı infeksiyalara qarşı dözümlü edir.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır