Ana südü yeni doğulmuş körpələr üçün yalnız ən yaxşı qidalanma deyil, həm də xəstəliklərin qarşısını almaq üçün güclü bir vasitədir.
Aztibb.az xəbər verir ki, avqustun 1-dən 7-dək dünyanın bütün ölkələrində “Ümumdünya ana südü ilə qidalanma həftəsi” keçirilir. Onun məqsədi - ana südünün körpələri bir çox xəstəlikdən qoruya biləcəyini geniş ictimaiyyətə izah etməkdir.
Uşaqların ana südü ilə qidalanmasının faydaları, gələcəyimiz olan uşaqların daha da sağlam mühitdə böyüməsinə diqqət çəkmək məqsədilə ölkəmizdə də “Ümumdünya ana südü ilə qidalanma həftəsi”nə start verilib.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) körpənin altı aylıq yaşına qədər yalnız ana südü ilə qidalanmasını, sonra isə uyğun tamamlayıcı qidalarla birlikdə ən azı iki ilə qədər ana südü verməyə davam etməsini tövsiyə edir.

