Elmi-Tədqiqat Pediatriya İnstitutunda qazi övladı sağlığına qovuşub
02.08.2026 11:00

Qazi övladı yüksək hərarət, qarında köp və qidadan imtina şikayətləri ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Pediatriya İnstitutunun Yenidoğulanların Patologiyası Şöbəsinə hospitalizasiya olunub.

Aztibb.az-a verilən məlumata görə, İnstitutda aparılan klinik, laborator və instrumental müayinələr nəticəsində körpəyə perinatal dövr üçün spesifik olan infeksiya, enterokolit və anemiya diaqnozları qoyulub. Xəstənin vəziyyətinin ağırlığı nəzərə alınaraq dərhal müvafiq müalicə tədbirlərinə start verilib.

Yenidoğulmuşun müalicəsi həkim Nuranə Hüseynova tərəfindən aparılıb, müalicə prosesi şöbə müdirinin daimi nəzarəti altında həyata keçirilib.

Yenidoğulanların Patologiyası Şöbəsində stasionar müalicə alan körpənin sağlamlıq vəziyyətində qısa müddətdə müsbət dinamika müşahidə olunub. Aparılan kompleks müalicə nəticəsində klinik əlamətlər tamamilə aradan qalxıb və ümumi vəziyyəti yaxşılaşıb.

Körpənin ailə üzvləri göstərilən yüksək ixtisaslı tibbi xidmətə, həssas və qayğıkeş münasibətə görə ETPİ-nin rəhbərliyinə, müalicə həkimlərinə və bütün tibb heyətinə dərin minnətdarlıqlarını bildiriblər.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır