Canlı Sistemlərin Tədqiqi İnstitutu qrant layihəsinin qalibi olub
31.07.2026 11:44

Elmin İnkişafı Fondu tərəfindən keçirilən qrant müsabiqəsində Elm və Təhsil Nazirliyi Canlı Sistemlərin Tədqiqi İnstitutunun əməkdaşı biologiya elmləri doktoru Arif Mehdiyevin rəhbəri olduğu “Ətraf mühitin əlverişsiz amillərinə qarşı adaptasiya proseslərində kollapsin-cavabı mediator zülalı 2-nin rolunun öyrənilməsi” mövzusunda elmi layihə qalib elan olunub.

 

İnstitutdan Aztibb.az-a bildirilib ki, layihə ionlaşdırıcı şüalanmanın canlı orqanizmlərə təsirinin molekulyar mexanizmlərinin öyrənilməsinə həsr olunub.

 

Layihənin iştirakçısı Canlı Sistemlərin Tədqiqi İnstitutun dissertantı Afaq Nurullayevanın sözlərinə görə, ionlaşdırıcı şüalanma müasir dövrdə peşə fəaliyyəti, ətraf mühit və səhiyyə sahələrində aktual problemlərdən biri olaraq qalır.

 

Tədqiqat çərçivəsində kollapsin-cavabı mediator zülalı 2 (KCMZ2) vasitəsilə orqanizmin yüksəkdozalı qamma-radiasiyaya qarşı müdafiə mexanizmlərinin araşdırılması nəzərdə tutulur.

 

Elmi-texniki tərəqqinin sürətlənməsi ilə insanların şüalanmaya məruz qaldığı sahələrin də dairəsi genişlənir. Bunlara neft və qaz hasilatı kimi enerji sənayesi sahələri (burada təbii radioaktiv materiallarla – NORM – peşə məruziyyəti müşahidə olunur), kosmik uçuşlar, eləcə də radioterapiya kimi tibbi prosedurlar daxildir. Yüksəkdozalı qamma-radiasiya hüceyrələrdə mikronüvələrin yaranmasına, xromosom aberasiyalarına və digər genetik zədələnmələrə səbəb ola bilər. Bu baxımdan KCMZ2 zülalının radiasiyaya qarşı hüceyrə müdafiəsində oynadığı rolun müəyyənləşdirilməsi həm fundamental biologiya, həm də gələcək tətbiqi tədqiqatlar üçün elmi əhəmiyyət daşıyır.

 

Layihənin nəticələrinin Azərbaycanda ekoloji çirklənmənin insan sağlamlığına mənfi təsirlərinin qiymətləndirilməsi və azaldılması istiqamətində yeni elmi yanaşmaların formalaşdırılmasına, eyni zamanda müasir biologiya sahəsində ölkənin elmi potensialının gücləndirilməsinə töhfə verəcəyi gözlənilir.

 

Qrant layihəsinin icra müddəti 6 ay nəzərdə tutulub.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır