AQTA və KTN-nin nümayəndələri Naxçıvanda səfərdə olublar
31.07.2026 13:12

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Əziz Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 30-da Naxçıvan Muxtar Respublikasına (MR) səfər edib. Nümayəndə heyətinin üzvləri Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilovla görüşüblər.

 

AQTA-dan Aztibb.az-a verilən xəbərə görə, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və quşçuluq təsərrüfatı rəhbərlərinin də iştirakı ilə keçirilən görüşdə dövlət dəstəyi nəticəsində muxtar respublikada epizootik sabitliyin qorunması, biotəhlükəsizlik məsələləri, əhalinin quş əti və süfrə yumurtasına olan daxili tələbatının ödənilməsi, eləcə də gələcəkdə ixrac potensialının yaradılması istiqamətində görüləcək kompleks tədbirlər barədə danışılıb.

 

Daha sonra 4 quşçuluq təsərrüfatına baxış keçirilərək müəssisələrin istehsal gücü, damazlıq və yem təminatı, infrastruktur imkanları ilə bağlı mövcud vəziyyət qiymətləndirilib. Yerli təsərrüfat sahibləri ilə fikir mübadiləsi aparılıb.

 

Naxçıvanda quşçuluq təsərrüfatlarının dayanıqlı inkişafına yönəlmiş birgə fəaliyyətin davam etdirilməsi nəzərdə tutulur.

ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
  TƏBİB: Ağdərədə minaya düşən şəxs ambulator müalicə üçün evə buraxılıb 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
 TƏBİB və Koreya Təbabətinin İnkişafı üzrə Milli İnstitutu arasında əməkdaşlıq imkanları müzakirə olunub   
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Minsk Cərrahiyyə, Transplantasiya və Hematologiya Mərkəzinin nümayəndə heyəti Bakı Sağlamlıq Mərkəzində olub
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
ATU-da yeni tədris ilinə hazırlıqla bağlı Rektoryanı Şuranın ilk iclası keçirilib