Mərkəzi Gömrük Hospitalının əməkdaşlarının vahid korporativ təqdimat standartları üzrə bilik və bacarıqları artırılır
31.07.2026 10:35

 

Mərkəzi Gömrük Hospitalında “Xəstə Xidmətləri və Sığorta şöbələri üçün Təlimat Kitabı”nın təqdimatına həsr olunmuş seminar keçirilib.

 

Bu barədə Aztibb.az-a Hospitaldan xəbər verilib.

 

Seminarda Mərkəzi Gömrük Hospitalının rəis müavini Nahidə Mahmudova, Xəstə Xidmətləri və Sığorta şöbələrinin rəisləri və əməkdaşları, tibb bacıları və həkim-rezidentlər iştirak ediblər.

 

Mərkəzi Gömrük Hospitalının rəis müavini Nahidə Mahmudova çıxışında qeyd edib ki, əməkdaşların vahid korporativ təqdimat standartları üzrə bilik və bacarıqlarının artırılması, pasiyentlərə və tərəfdaş qurumlara göstərilən xidmətlərin daha peşəkar şəkildə təqdim olunması, eləcə də effektiv kommunikasiya bacarıqlarının inkişaf etdirilməsi hospitalın əsas fəaliyyət prioritetlərindəndir. Bu məqsədlə hazırlanmış Təlimat Kitabında hospitalın fəaliyyət istiqamətləri, göstərilən tibbi xidmətlərin növləri, sığorta imkanları, pasiyentlərlə ünsiyyət prinsipləri və xidmət standartları sistemli şəkildə təqdim olunub. Rəis müavini Nahidə Mahmudova kitabın əməkdaşların gündəlik fəaliyyətində etibarlı istinad mənbəyi kimi istifadə ediləcəyinə, vahid xidmət yanaşmasının formalaşdırılmasına, peşəkar ünsiyyət mədəniyyətinin gücləndirilməsinə və pasiyentyönümlü xidmət modelinin daha da təkmilləşdirilməsinə xidmət edəcəyini qeyd edib.

 

Seminar çərçivəsində Nahidə Mahmudova təqdimat kitabının əsas bölmələri, onun praktiki tətbiq mexanizmlərini və gündəlik iş prosesində istifadəsi qaydalarını, eləcə də pasiyentlərin qarşılanması və məlumatlandırılması, etik davranış prinsipləri, effektiv kommunikasiya, müraciətlərin operativ və düzgün idarə olunması, sığorta xidmətlərinin aydın və şəffaf şəkildə izah edilməsi, eləcə də xidmət keyfiyyətinin davamlı təkmilləşdirilməsi ilə bağlı mühüm məqamlar barədə ətraflı məlumat verib.

 

Seminar iştirakçıların suallarının cavablandırılması və mövzu ətrafında fikir mübadiləsinin aparılması ilə başa çatıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır