BBSM-nın 11 tibb müəssisəsinin qeydiyyatçıları və həkimləri təlimlərə cəlb olunub
31.07.2026 11:03

Bakı şəhəri, Xətai rayonu üzrə Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 11 tibb müəssisəsinin qeydiyyatçıları və həkimləri üçün MEDO proqramının tətbiqinə dair təlim keçirilib.

 

Mərkəzdən Aztibb.az-a bildirilib ki, təlim TƏBİB-in Sığorta işinin təşkili şöbəsinin böyük məsləhətçisi Nigar Aslanova, həmin şöbənin məsləhətçisi Ruqayyə Sultanlı, TƏBİB-in tabeliyində fəaliyyət göstərən “Rəqəmsal Tibbi Həllər” MMC-nin əməkdaşı Emil Səlimov tərəfindən keçirilib.

 

Məqsəd tibb işçilərinin MEDO proqramından istifadə bacarıqlarının artırılması və rəqəmsal idarəetmə proseslərinin təkmilləşdirilməsi olub.

 

İştirakçılara proqramın funksional imkanları, istifadəçi səlahiyyətlərinin idarə olunması və informasiya təhlükəsizliyi tələbləri barədə ətraflı məlumat verilib, həmçinin sistemin praktik istifadəsi nümayiş etdirilib, gündəlik fəaliyyət zamanı yarana biləcək məsələlər izah olunub.

 

Qeyd olunub ki, MEDO proqramının tətbiqi tibb müəssisələrində idaretmənin operativ və səmərəli təşkili, kağız daşıyıcılardan istifadənin azaldılması, idarəetmədə hesabatlılığın gücləndirilməsi, eləcə də iş proseslərinin optimallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

 

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, proqramdan istifadəyə dair metodiki tövsiyələr təqdim olunub.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır