Kimya İnstitutunda aşqarlarının sintezinə həsr olunan seminar keçirilib    
30.07.2026 15:13

Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə hər ay keçirilən “Gənc tədqiqatçılarımızı tanıyaq” adlı elmi seminarlar silsiləsi davam edir.

 

İnstitutdan Aztibb.az-a verilən məlumata görə, layihə çərçivəsində təşkil olunan növbəti seminar institutun doktorantı, kimya mühəndisi Rahib Qasımovun təqdimatında “Yüksək qələvili alkilfenolyat aşqarlarının rasional sintezi və optimallaşdırılması: elmi yanaşma və əldə edilmiş nəticələr” mövzusuna həsr olunub.

 

Seminarı giriş sözü ilə açan Gənc Alim və Mütəxəssislər Şurasının sədri kimya üzrə fəlsəfə doktoru Günel Əzimova layihə barədə məlumat verib. O bildirib ki, əsas məqsəd gənc tədqiqatçıların elmi fəaliyyətinin tanıdılması, onlar arasında elmi əməkdaşlığın genişləndirilməsi, təcrübə və bilik mübadiləsinin təşviq edilməsidir.

 

Daha sonra Rahib Qasımov tədqiqatının metodologiyası və əldə olunan nəticələr barədə təqdimatla çıxış edib. Onun sözlərinə görə, avtomobil sənayesində mühərrik texnologiyalarının inkişafı və ekoloji standartların sərtləşdirilməsi mühərrik yağlarına və onların tərkibində istifadə olunan aşqarlara yeni tələblər yaradır. Tədqiqat yüksək qələvili alkilfenolyat əsaslı yuyucu-dispersedici aşqarların sintezinin optimallaşdırılmasına həsr olunub. Məruzəçi qeyd edib ki, kompüter kimyası metodlarının tətbiqi laboratoriya təcrübələrinin sayını azaltmağa və daha səmərəli nəticələr əldə etməyə imkan verir. Doktorant mühərrik yağlarının əsas funksiyaları, onların tərkibində istifadə olunan aşqarların rolu və yüksək qələvili alkilfenolyat əsaslı yuyucu-dispersedici aşqarların sintez üsulları barədə ətraflı məlumat verib. O, aşqarların sintezi zamanı qarşıya çıxan əsas problemləri təhlil edərək, bu çətinliklərin aradan qaldırılması üçün tətbiq olunan elmi yanaşmaları təqdim edib. Rahib Qasımov qeyd edib ki, işlənib hazırlanan metodoloji yanaşmalar təkcə aşqarların sintezinə deyil, ümumilikdə müxtəlif kimyəvi sintez proseslərinə də tətbiq oluna bilər.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır