Kolonoskopiyadan qorxmağa dəyərmi?  
30.07.2026 13:21
Kolonoskopiya haqqında ən çox rast gəlinən yanlış düşüncələrdən biri onun çox ağrılı və təhlükəli prosedur olmasıdır. Əslində isə müasir endoskopiya texnologiyaları və sedasiya (rahatlaşdırıcı dərmanlar) sayəsində pasiyentlər müayinəni rahat keçirirlər.
 
Bu barədə Aztibb.az-a məlumat verən HTC Cliniva Hospitalın ümumi cərrahı, proktoloq və endoskopisti Anar Əliyev bildirib ki, kolonoskopiya yoğun bağırsağın daxili səthini ətraflı qiymətləndirməyə imkan verən ən etibarlı müayinə üsullarından biridir. Bu müayinə sayəsində poliplər erkən aşkar edilə və hətta eyni prosedur zamanı çıxarıla bilər. Erkən diaqnostika isə yoğun bağırsaq xərçənginin qarşısının alınmasında mühüm rol oynayır.
 
Həkim qeyd edib ki, aşağıdakı hallarda kolonoskopiya tövsiyə oluna bilər:
Nəcisdə qan müşahidə olunarsa
Uzunmüddətli qəbizlik və ya ishal olduqda
Səbəbi bilinməyən qarın ağrıları zamanı
Ailədə yoğun bağırsaq xərçəngi tarixçəsi varsa
45 yaşdan yuxarı profilaktik müayinə məqsədilə
 
"Unutmayın, kolonoskopiyadan qorxmaq əvəzinə, onu sağlamlığınızı qorumaq üçün vacib bir addım kimi qəbul etmək daha doğru yanaşmadır", - deyə o, əlavə edib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır