Kimya İnstitutunda elmi tədqiqatların sənayedə tətbiqi genişləndirilir
30.07.2026 10:34

Elm və Təhsil Nazirliyi Kimya İnstitutu aparılan elmi tədqiqatların sənayedə tətbiqini genişləndirmək istiqamətində konkret addımlar atır.

 

İnstitutdan Aztibb.az-a bildirilib ki, Əlvan və qara metal tərkibli mineral xammalın emalı laboratoriyasında yaşıl kimya prinsiplərinə əsaslanan alunitin yeni emal texnologiyası hazırlanıb, laboratoriya şəraitində yaradılmış pilot qurğuda uğurla sınaqdan keçirilib. Hazırda texnologiyanın istehsalata tətbiqi imkanlarının qiymətləndirilməsi məqsədilə “Azəralüminium” MMC ilə əməkdaşlıq və danışıqlar davam etdirilir.

 

Kimya İnstitutunun qarşıdakı dövr üçün əsas hədəfi bərpaolunan enerji və yaşıl hidrogen texnologiyaları sahəsində beynəlxalq səviyyədə rəqabətqabiliyyətli elmi nəticələrin əldə edilməsi və onların praktik tətbiqinin genişləndirilməsidir. Bu məqsədlə yüksək səmərəliliyə malik elektrokatalizatorların və fotoelektrod materiallarının hazırlanması, Günəş enerjisindən istifadə etməklə hidrogen istehsalı üçün yeni texnologiyaların işlənməsi, habelə enerji çevrilməsi və saxlanması üçün innovativ materialların yaradılması prioritet istiqamətlər kimi müəyyənləşdirilib.

 

Bununla yanaşı, institutda laboratoriyalar müasir elmi çağırışlara uyğun şəkildə formalaşdırılıb. Kompozit materiallar və korroziyadan mühafizə laboratoriyasında müdafiə sənayesi üçün innovativ həllərin hazırlanması istiqamətində tədqiqatlar aparılır. Burada polad məmulatlar üçün istiyə və deformasiyaya davamlı qoruyucu örtüklər hazırlanıb və bu istiqamətdə aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq imkanları mövcuddur.

 

Perspektivli materiallar əsasında ekoloji cəhətdən təmiz, iqtisadi baxımdan səmərəli və uzunömürlü enerji sistemlərinin hazırlanması, laboratoriya tədqiqatlarının pilot tətbiqlərə keçirilməsi, beynəlxalq elmi layihələrdə iştirakın və sənaye müəssisələri ilə əməkdaşlığın genişləndirilməsi də institutun strateji hədəfləri sırasındadır.

 

Tədqiqatlar, həmçinin kimyəvi tullantılar və qaz emissiyalarının utilizasiyası üçün səmərəli katalitik sistemlərin hazırlanması, eləcə də korroziyaya davamlı nanokompozit materialların elektrokimyəvi üsulla alınması istiqamətlərini əhatə edir. Eyni zamanda, yaşıl korroziya inhibitorlarının və çoxfunksiyalı ekoloji sürtkülərin hazırlanması, Qarabağ və Şərqi Zəngəzurun dərman bitkiləri əsasında təbii və yeni nəsil sintetik enzim-izoenzim inhibitorlarının yaradılması, onların patoloji proseslərə qarşı eksperimental modellərdə effektivliyinin öyrənilməsi nəzərdə tutulur.

Bu istiqamətlər üzrə aparılan tədqiqatların qısa müddətdə tətbiqyönlü elmi nəticələrin əldə olunmasına və innovativ texnologiyaların inkişafına töhfə verəcəyi gözlənilir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır